Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |     22:21 Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var  |     22:18 Sevdiyi insanı heç vaxt unutmayan 4 bürc BUNLARDIR  |     22:10 Qonşular arasında dava: ölən var  |     22:07 Sabah bu ərazilərdə qaz olmayacaq  |     22:07 İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto  |     22:04 Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur  |     21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |     21:15 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib  |     21:03 Göygöldə evdən meyit tapıldı  |     20:56 İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik  |     20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |     20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

20 min manatdan artıq valyuta almaq niyə qadağandır?

23.12.2025 16:31 786
20 min manatdan artıq valyuta almaq niyə qadağandır?
Gələn ildən Azərbaycanda bankların bir şəxs üçün 20 min manat dəyərində qoyduğu limit yenilənməyə bilər. Bu barədə bank əməkdaşları bildirib.

Məlumat üçün bildirək ki, Azərbaycanda banklar hər bir vətəndaşa (fiziki şəxslər) şəxsiyyət vəsiqəsi ilə 20.000 AZN (təxminən 11,750 dollar) ekvivalentində xarici valyuta satışı həyata keçirir. Bu limit bitibsə, həmin şəxs bir il müddətinə valyuta ala bilməz.

Qaynarinfo-ya açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bu proseduran əleyhinə çıxış edib:

"Bu məsələ bir neçə ildir var. Qanunla heç bir limit yoxdur. Hər kəs istəlinən qədər valyuta ala bilər. Deyilir ki, limiti banklar qoyub. Banklar niyə limit qoysun? Bankın arzusu odur ki, müştəri gəlib ondan daha çox bank xidməti alsın. Guya bir sistem var, banklar ora daxil olanda görür ki, müştəri hansı bankdan nə qədər valyuta alıb”.

Əkrəm Həsənov bunu bank sirrinin pozulması kimi qiymətləndirib:

"Əgər doğrudanda bu sistem varsa, niyə banklar onu yaradıblar?".

Əkrəm Həsənov bu gün manata təhlükə olmadığını bildirib:

"Amma yaxın dövrlərdə bunun ola biləcəyindən ehtiyat edilir. Çünki neft gəlirlərimiz azalır. Valyuta ehtiyatlarımız azalacaq. Manata təzyiq olacaq".

Son xəbərlər