Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Kart limitləri və rəqəmsal manat: Bank sistemində yeni dövr başlayır?

05.08.2026 20:01 357
Kart limitləri və rəqəmsal manat: Bank sistemində yeni dövr başlayır?
Azərbaycanda bank kartları arasında köçürmələrə limitlərin tətbiqindən sonra nağdsız ödənişlər və pul dövriyyəsinin gələcəyi ilə bağlı müzakirələr yenidən aktuallaşıb. Müzakirə olunan məsələlərdən biri də bu məhdudiyyətlərin gələcəkdə tətbiqi nəzərdə tutulan rəqəmsal manatla (CBDC) əlaqəsinin olub-olmamasıdır.

Son illər dünyanın bir çox ölkəsinin mərkəzi bankları rəqəmsal valyuta layihələri üzərində işləyir. Bu da "rəqəmsal manat" anlayışına marağı artırır. 

Bəs kartdan-karta köçürmələrə tətbiq edilən limitlərlə rəqəmsal manat arasında hər hansı əlaqə varmı? Bu məhdudiyyətlər gələcəkdə rəqəmsal manatın tətbiqini sürətləndirə bilərmi? Rəqəmsal manat vətəndaşların gündəlik ödənişlərinə və bank xidmətlərindən istifadəsinə necə təsir göstərə bilər?

Qaynarinfo mövzunu bank məsələləri üzrə ekspert İsmayıl Məmmədovla müzakirə edib.

– İsmayıl bəy, son günlər kartdan-karta köçürmələrə tətbiq edilən limitlər geniş müzakirə olunur. Bu məhdudiyyətlərin tətbiq edilməsinin əsas səbəbi nədir?

– Rəsmi izaha görə, məqsəd əsasən kartdan-karta ödənişlərdən sui-istifadənin qarşısını almaq, kölgə iqtisadiyyatını azaltmaq, sahibkarların POS-terminal və rəsmi ödəniş üsullarına keçidini təşviq etmək, fırıldaqçılıq və çirkli pulların yuyulması risklərini azaltmaqdır.

Yeni qaydalara əsasən, gündə 5 kartdan-karta köçürmə, aylıq isə 20 000 manat həddi tətbiq olunur. Öz kartları arasında köçürmələr və müəyyən istisnalar bu limitlərə daxil deyil.
 
– Bəs kartdan-karta köçürmələrə tətbiq edilən limitlərlə rəqəmsal manat arasında hər hansı əlaqə varmı? Ümumiyyətlə, rəqəmsal manat nədir?

– İlk olaraq rəqəmsal manatın nə olmasından danışaq. Belə ki, rəqəmsal manat (CBDC – Mərkəzi Bankın rəqəmsal valyutası) nağd manatın rəqəmsal formasıdır. O, Mərkəzi Bank tərəfindən buraxılır və kriptovalyuta deyil. Dəyəri həmişə 1 rəqəmsal manat = 1 manat olacaq. Yəni bu, yeni valyuta deyil, sadəcə manatın başqa formasıdır.

Bunların arasında əlaqə haqqında danışırıqsa, hazırda "kartdan-karta limit qoyuldu ki, hamı rəqəmsal manata keçsin" deyən rəsmi açıqlama yoxdur. Amma dolayı baxımdan belə məntiq qurmaq olar ki, kartdan-karta köçürmələr daha çox nəzarət tələb edən sahədir. Rəqəmsal manat isə əvvəldən elə qurula bilər ki, ödənişlər daha şəffaf və avtomatlaşdırılmış şəkildə həyata keçirilsin.

– Əgər gələcəkdə rəqəmsal manat dövriyyəyə buraxılarsa, bu, vətəndaşların gündəlik ödənişlərinə, bank kartlarından istifadəyə və pul köçürmələrinə necə təsir göstərə bilər?

– Dövlət gələcəkdə rəqəmsal manatı geniş tətbiq edərsə, bəzi P2P (şəxsdən şəxsə) ödənişlərin həmin platformaya keçməsi daha rahat ola bilər. Yəni limitlər rəqəmsal manatın texniki tələbi deyil, amma uzunmüddətli rəqəmsallaşma strategiyasına uyğun addım kimi qiymətləndirilə bilər.

– İsmayıl bəy, rəqəmsal manat tam tətbiq olunarsa, maliyyə sistemində hansı dəyişikliklər baş verə bilər?

– Əgər tam tətbiq olunarsa, bir neçə potensial dəyişiklik ola bilər. Hesablaşmalar daha sürətli həyata keçirilər, banklararası gecikmələr minimuma enər. Xüsusilə kiçik ödənişlərdə əməliyyat xərcləri azala bilər.

Dövlət ödənişləri – sosial müavinətlər, pensiyalar və digər ödənişlər birbaşa rəqəmsal manatla həyata keçirilə bilər.

Bundan başqa, "proqramlaşdırılan pul" imkanları yarana bilər. Məsələn, müəyyən yardım yalnız konkret məqsəd üçün istifadə oluna bilər. Bu, CBDC-lərin texniki imkanlarından biridir, tətbiq edilib-edilməməsi isə dövlət siyasətindən asılıdır.

Daha şəffaf əməliyyatların həyata keçirilməsi həm cinayət yolu ilə əldə olunan gəlirlərin qarşısının alınmasına kömək edə bilər, həm də istifadəçilərdə məxfiliklə bağlı müəyyən narahatlıqlar yarada bilər.
 

Son xəbərlər