Mojo.az Banner
18:39 İngiltərə-İspaniya oyununu bu kanal yayımlayacaq  |     18:19 Formula 1-dən kim qazanır? – Bakıda ən çox gəlir götürən sahələr AÇIQLANDI  |     18:15 Afinada yaşayış binasında güclü partlayış: ölənlər var  |     18:13 Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər - Bill Qeyts  |     17:48 Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırıldı  |     17:39 Mbappenin son vəziyyəti açıqlandı  |     17:23 Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı  |     17:15 Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu  |     17:02 “Qarayaxma aparanların ölkəyə girişi qadağan edilə bilər”  |     16:39 Bakıda qətlə yetirilən Masallı sakini qarət məqsədilə öldürülüb  |     16:29 Formula 1 Azərbaycan Qran-Prisində ilk qəza  |     16:08 İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxırlar  |     15:55 Bakıda valideynləri dalaşan qız ölümdən döndü  |     15:47 Stroll üçün Bakı yarışı başa çatdı  |     14:36 Polis ötən gün 57 nəfəri saxlayıb  |     14:30 Bu gün İngiltərə və İspaniyanın oyunu var  |     14:23 Qaradağda vulkan püskürməsi ilə bağlı rəsmi açıqlama - YENİLƏNİB  |     14:11 Təqaüdçülərin pullarını oğurlayan şəxs ƏLƏ KEÇDİ - VİDEO  |     14:05 Yardımlı polisindən ƏMƏLİYYAT: Keçmiş məhkumlar tutuldular  |     13:57 Laçında traktor MİNAYA DÜŞDÜ  |    
Mojo.az Avto
Mojo.az Avto

"Belə bir nümunə dünyada yoxdur" – Natiq Cəfərli yeni kart limitlərindən danışdı

03.08.2026 11:01 897
Bildiyimiz kimi, Azərbaycanda avqustun 1-dən kartdan-karta köçürmələrə yeni limitlər tətbiq olunub. Gündəlik əməliyyat sayının 5-lə məhdudlaşdırılması və aylıq 20 min manatlıq limit cəmiyyətdə müzakirələrə səbəb olub. Rəsmi açıqlamalara görə, dəyişikliklərin məqsədi maliyyə təhlükəsizliyini və şəffaflığı artırmaq, dələduzluq hallarının qarşısını almaqdır. Bəs yeni qaydalar vətəndaşların gündəlik əməliyyatlarına necə təsir edəcək? Gündəlik 5 köçürmə limiti kifayət edirmi və bu məhdudiyyətlər dələduzluq hallarının azalmasına real təsir göstərə bilərmi?

Məsələ ilə bağlı Median.Az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, bu cür məhdudiyyətlərə beynəlxalq təcrübədə rast gəlinmir.



"Belə bir nümunə dünyada yoxdur. Bu cür qərarlar qəbul edilərkən hansısa ölkənin təcrübəsi əsas götürülübmü? Məncə, xeyr. Araşdırmışam, lakin buna bənzər məhdudiyyətlərin tətbiq olunduğunu görməmişəm", – deyə o, qeyd edib.

İqtisadçının sözlərinə görə, yeni qaydalar əksinə, nağd ödənişlərin və vəsaitlərin nağdlaşdırılmasının artmasına səbəb ola bilər.

"İnsanlar indiyədək pullarını rahat şəkildə kartda saxlayır, heç bir problem olmadan kartdan-karta köçürmələr edirdilər. Məsələn, mən özüm də gün ərzində yaxınlarıma alış-veriş üçün kart vasitəsilə pul göndərirdim", – deyə N.Cəfərli deyib.

Ekspert hesab edir ki, istənilən məhdudiyyət alternativ davranış formaları yaradır.

"Əgər hökumət düşünürsə ki, bu addım qeyri-leqal maliyyə əməliyyatlarının və ya vergidən yayınmanın qarşısını alacaq, əks nəticə verə bilər. İnsanlar sadəcə kartda pul saxlamaq əvəzinə, vəsaitlərini bankomatdan nağdlaşdırıb üzərlərində daşıyacaqlar. Bu isə nağdsız ödənişlərin inkişafı baxımından geriyə dönüş deməkdir. Belə məhdudlaşdırıcı addımlarla vergi və digər problemləri həll etmək mümkün deyil", – deyə iqtisadçı vurğulayıb.

Dəniz Pənahova
Median.Az
скачать dle 11.3
Mojo.az Banner