Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:15 Bu yolda xətlənmənin olmaması sürücüləri çətin vəziyyətə saldı - VİDEO | 19:10 Qubada avtomobil dərəyə aşdı | 19:03 Kambocada avtobus gölə düşdü- Beş məktəbli öldü | 18:57 Hərbi xidmətdən yayınmaq üçün dediyi sözlər başına bəla oldu | 18:48 Paşinyan Parisdə Makronla görüşüb | 18:28 Heydər Əliyev Fondu COP31 çərçivəsində geniş pavilyonla təmsil olunur - Foto | 18:19 Azərbaycanda ət ucuzlaşa, bəzi məhsullar isə bahalaşa bilər | 18:02 Bu dərmanlar görmə itkisinə səbəb ola bilər | 17:54 Bərdədə 40 yaşlı kişi evində ölü tapıldı | 17:47 Azərbaycanla oyundan əvvəl Lixtenşteyn millisinin kapitanı sıradan çıxdı | 17:36 Etibarnamə ilə maşın aldı, amma sürə bilmədi: Oğurluq iddiası - VİDEO | 17:21 Rafael Fiziyevin UFC-də növbəti rəqibi bəlli olur | 17:13 2027-ci ildə inflyasiya əhalinin alıcılıq qabiliyyətini azalda bilər – İQTİSADÇIDAN AÇIQLAMA | 16:51 Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir | 16:47 Toya qonaq kimi girdi, 4 telefonu götürüb qaçdı - Şadlıq sarayında ŞOK OĞURLUQ | 16:25 Avropa İttifaqı Ukraynada hərbi mövcudluğuna dair qərar verdi | 16:22 Bakıda qaraj tapmaq da bahalaşır: Qiymətlər niyə artır? | 16:19 Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur | 15:02 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq | 14:39 İrəvanda İran təxribatı: Azərbaycanın tarixi məscidinə erməni şairin adı verildi |
Mojo.az Avto
Mojo.az Avto

Qiymətləri dövlət tərəfindən tənzimlənməyən bazarlara nəzarət necə olacaq?

13.10.2023 21:13 1 800
Qiymətləri dövlət tərəfindən tənzimlənməyən bazarlara nəzarət necə olacaq?
Dünən Nazirlər Kabineti yanında "İnflyasiya və Qiymət Monitorinqi" üzrə İşçi Qrupun iclası keçirilib. İclasda süni qiymət artımının qarşısını almaq üçün Qiymət İzləmə Sisteminin tətbiqi ilə bağlı qərar alınıb. Bazarlara nəzarətin gücləndirilməsi ilə bağlı tapşırıqlar verilib.

Bu qiymət izləmə sistemi vasitəsilə qiymətlərə və bazara nəzarət mümkün olacaqmı? Bazarlardakı süni qiymət artımının qarşısını necə alınacaq? Tək nəzarət kifayət edirmi?

Valyuta.az bu sualları iqtisadçı Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli bildirib ki, inflyasiya ilə mübarizə məqsədilə hökumət zaman-zaman belə iclaslar keçirir, amma burda başqa bir önəmli məsələ var:

"Azərbaycanda pərakəndə satış zamanı qiymətlər dövlət tərəfindən tənzimlənmir. Düzdür, qiyməti dövlət tərəfindən tənzimlənən müəyyən sahələr var. Kommunal xidmətlərin, enerji daşıyıcılarının, dizel yanacağının, 92 markalı benzininin, istiliyin qiymətini dövlət tənzimləyir. Digər sahələrdə dövlət tənzimlənməsi yoxdur deyə, dövlət monitorinqinin nə işlə məşğul olacağı bir az şübhəli, problemli görünür. Onlar əgər bazar payı çox yüksək olan inhisarçıların bazara qiymət diktəsi ilə məşğul olacaqlarsa, lap yaxşı. Amma bununla da Antiinhisar Xidməti məşğul olmalıdır”.

İqtisadçı bildiirb ki, zaman-zaman belə xəbərlər yayılır:

"Bununla vətəndaşlarda belə təəssürat yaratmağa çalışırlar ki, bəli, biz işləyirik, qiymətləri ucuzlaşdırmağa çalışacağıq. Amma real həyatda bunun həyata keçirilməsi mexanizmləri çox zəifdir. Çünki bazar iqtisadiyyatında süni qiymət artımı anlayışı yoxdur. Süni qiymət artımı baş veribsə, deməli bazar iqtisadiyyatının elementləri, institutları zəifdir. Burda da rəqabəti, bazar institularını gücləndirmək lazımdır”.

Son xəbərlər