Mojo.az Banner
23:01 Daim üşüyürsünüz? - Endokrinoloq diqqətdən kənarda qoyulmamalı simptomları açıqladı  |     22:55 İcbari sığorta haqları artırılacaq?  |     22:46 Başqalarına kömək etmək bu xəstəliyin inkişafını ləngidə bilər  |     22:41 Qonşusunu bıçaqlayan 61 yaşlı şəxs məhkəmə zalında həbs edilib  |     22:34 İran Oman körfəzində tankeri vurdu  |     22:27 Ayselin aliment ödəməyən əri həbs olundu  |     22:22 Leyla Əliyeva Laçının vəhşi təbiətindən paylaşım etdi - VİDEO  |     22:15 Türkiyədə bələdiyyə sədrinin müavini qəzada öldü  |     22:09 "Rəqəmsal rabitə" informasiya sistemi nəyə xidmət edəcək?  |     22:02 Gənc əsgər vəfat etdi  |     21:57 Toyuq kəsimi sexində antisanitar vəziyyət - FOTOLAR  |     21:50 Minimum əməkhaqqı, pensiya və müavinətlər bu qədər arta bilər  |     21:45 Sabah yağış yağacaq  |     21:36 Bir gecədə Rusiyanın 6 SU-34 təyyarəsi məhv edildi  |     21:31 Yeni Böyük Çin Səddi tikilir  |     21:24 Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib  |     21:08 Navai Qazaxıstanda işgəncələrlə tanınan təcridxanaya yerləşdirildi  |     20:55 Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb  |     20:48 Bakıda parkda Mərakeş vətəndaşını öldürməkdə təqsirləndirilən gənc: "Etmədiyim cinayəti öz üzərimə götürmüşəm"  |     20:06 Rusiya Navainin həbsi ilə bağlı Qazaxıstana nota göndərdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Rayonlara gedən avtobuslarda qiymətlər artacaqmı?

07.01.2021 17:53 1 098
Rayonlara gedən avtobuslarda qiymətlər artacaqmı?
Yanvarın dördündə Tarif Şurasının keçirilən iclasında Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti bir litr üçün bir manat, dizel yanacağının pərakəndə satış qiyməti isə bir litr üçün 0.8 manat müəyyən edilib.

Benzinlə işləyən nəqliyyat vasitələrinin böyük əksəriyyəti şəxsi avtomobillərdir. Belə olan halda yanacağın qiymətinin artması əsasən insanları daha çox ictimai nəqliyyatdan istifadəyə təşviq edəcək.

Bəs yanacağın qiymətinin artırılması məsələsi rayonlararası sərnişindaşıma ilə məşğul olan avtobuslarda qiymət artımına səbəb ola bilərmi?

Oxu.Az-ın sorğusuna cavab olaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib ki, bu istehlak bazarında xüsusi qiymət artımına səbəb olmayacaq:

“Dizel yanacağının qiymətinin artmasının bu sahədə - sərnişindaşıma ilə məşğul olan avtobusların sahiblərinə ola biləcək hər hansı bir təsirinin qarşısını almaq üçün hökumət yanvar ayına qədər müvafiq kompensasiyalar nəzərdə tutur.

Hökumət bu kompensasiyaların hansı formada verilməsi barədə məlumat verəcək. Yəni burada qiymət artımından söhbət gedə bilməz. Çünki sözügedən istiqamətdə qiymətlərin artırılması üçün Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) tərəfindən Tarif Şurasına müraciət olunmalıdır. Biz isə belə bir müraciət etməmişik. Ümumiyyətlə bu istiqamətdə hər hansı müraciət gündəmdə deyil”.скачать dle 11.3
Mojo.az Banner