Mojo.az Banner
23:01 Tanınmış iqtisadçının evinə ilan girdi - Sumqayıtda təhlükəli anlar  |     22:56 Kürdəmirdə açıq ərazidə yanğın başlayıb  |     22:50 Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı  |     22:43 Hazırda istifadə edilən ödəniş kartlarına da məhdudiyyət qoyulacaq? - Açıqlama  |     22:38 Zidan QADAĞAN ETDİ  |     22:29 Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək  |     22:23 Bakı metrosunda HƏYƏCANLI ANLAR: Sərnişin relslərə düşdü  |     22:18 Ağaclar qanunsuz kəsildi, təbiətə 225 min manatdan çox ziyan vuruldu  |     22:10 Çay evində mahnı sifarişi üstündə DAVA: Müştəri bıçaqlandı  |     22:05 Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək  |     21:51 Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq  |     21:44 Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər  |     21:39 Üç yaşlı uşaq 21 maqnit uddu  |     21:34 Körpələrə ana südü nə qədər verilməlidir?  |     21:26 Navai 7 illik mühafizəçisinə maşın hədiyyə etdi - VİDEO  |     21:21 2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər  |     21:13 Bu ağcaqanadlar daha təhlükəlidir  |     21:07 Zibil qabındakı xoşagəlməz qoxulardan necə qurtulmaq olar?  |     20:59 Bakıda hava niyə "yapışqan" və boğucu hiss olunur? - Meteoroloq səbəbini açıqladı  |     20:54 General-leytenant rütbəsi verilən Allahverən İsmayılov kimdir?  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda bazarda bahalaşmaya səbəb olan amillər açıqlandı

10.04.2019 21:41 2 404
Azərbaycanda bazarda bahalaşmaya səbəb olan amillər açıqlandı
Xəbər verdiyimiz kimi, son vaxtlarda daxili bazarda kartof, soğan və kələmin qiymətində ciddi artım baş verib. Bazarda bahalaşmaya səbəb olan amillər isə müxtəlif səbəblərdən qaynaqlanır. Sputnik Azərbaycan-a açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bazarda bahalaşmaya səbəb olan bu amillərdən danışıb: "Bu gün Azərbaycanda qiymətlərə təsir edən əsas amillərdən biri də saxlanma kameralarının olmaması, infrastrukturun zəifliyi ilə bağlıdır. Hər il noyabrın sonlarından etibarən yerli məhsulların bazarda azalması qiymətlərə təsir edən amillərdəndir. Bundan başqa yerli məhsulların ixaracata yönəldilməsi daxili bazarda defisitə, təkliflərin azalmasına səbəb olur".

İqtisadçının sözlərinə görə, bu amillərdən asılı olaraq yay aylarınadək hər il qiymətlərin qalxdığı müşahidə edilir. Lakin N.Cəfərli yaxın aylarla bağlı pozitiv proqnoz verib: "Yaxın aylarla bağlı proqnozları müsbət qiymətləndirmək olar. Çünki mövsümü xarakterli səbəblərə görə, bir neçə aydan sonra yerli məhsulların bazara daha çox çıxması qiymətlərin tənzimlənməsinə təsir edəcək".

Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 aprel 2019-cu il tarixli qərarı ilə beynəlxalq təcrübəyə uyğun olaraq, həmin məhsulların istehsal mövsümü də nəzərə alınmaqla, kartofun ixracına bu ilin 30 aprelinədək, soğan və kələmin ixracına isə 31 may tarixinədək ixrac rüsumunun tətbiqinə başlanıb. Soğanın idxalına tətbiq olunan spesifik rüsum həmin müddətədək ləğv edilib.скачать dle 11.3
Mojo.az Banner