Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Torpaq icarəsinin ƏDV-dən azad olunması sahibkarlara nə verəcək? (ŞƏRH)

09.12.2024 21:39 1 152
Torpaq icarəsinin ƏDV-dən azad olunması sahibkarlara nə verəcək? (ŞƏRH)
Vergi Məcəlləsinə ediləcək dəyişikliklərdən biri də hüquqi şəxslər tərəfindən torpaq icarəsinə görə əldə edilən icarə haqqının ƏDV-dən azad olunmasıdır. Yeni ildən torpaq sahələri üzrə icarə ƏDV-yə cəlb edilməyəcək.

Bu güzəştin sahibkarlar üçün üstünlükləri nədir?

İqtisadçı ekspert Natiq Cəfərli Qaynarinfo-ya açıqlamasında bildirib ki, istəlinən vergi güzəştləri müsbətə doğru atılan addımdır:

"Amma dövlət orqanları rəsmi açıqlama verməlidirlər ki, torpaq icarəsindən əldə olunan ƏDV nə qədərdir. Yəni bu rəqəm açıqlanmalıdır. Nə qədər çox vergi güzəşti tətbiq olunsa, vergilərin azaldılması və eyni zamanda ləğv edilməsi olsa, biznes üçün əlverişli olar. Amma bu sahədə icarə haqqından gələn ƏDV çox cüzi idi. Söhbət bir neçə yüz min manatdan gedə bilər".

Natiq Cəfərli vurğulayıb ki, istəliən halda daha başqa sahələrdə də vergi güzəştlərinin tətbiq olunması məqsədəuyğun olardı:

"Biznesə müsbət təsiredici vergi güzəştlərinin olması daha yaxşı olardı".

Milli Məclisin deputatı Vüqar Bayramov isə qeyd edib ki, bu dəyişiklik təşviq xarakteri daşıyır və sahibkarların xərclərinin azalmasına və gəlirlərinin artmasına səbəb olacaq:

"Belə ki, torpaq sahələrinin icarəsini təklif edən sahibkarlar ƏDV ödəməkdən azad olunlar. Digər tərəfdən, bu sahibkarların xərcləri ilə yanaşı torpaqların icarə qiymətinə də təsir göstərə bilər. Belə ki, torpaqlar üzrə icarə qiyməti müəyyənləşən zaman 18.0 faizlik vergi də nəzərə alınaraq tərəflər razılaşırdı. Bu vergini hüquqi şəxsin ödəməsinə baxmayaraq tərəflər razılaşan zaman həmin xərc əksər hallarda qiymətdə nəzərə alınırdı. Yeni ildən ƏDV ilə bağlı güzəşt tətbiq olunduğu üçün bu torpaqların icarə haqqlarının aşağı düşməsinə səbəb ola bilər".

Deputat deyib ki, bütövlükdə, bu dəyişiklik həm uçotun güclənməsinə, həm də sahibkarların dəstəklənməsinə xidmət edəcək.

Son xəbərlər