19:33 DİN Qarabağa səfərlə bağlı ən çox verilən suala aydınlıq gətirib  |     19:25 Litva Belarusla sərhəddəki keçid məntəqələrini bağlayıb  |     19:16 İzmir sahillərində 18-i uşaq olmaqla 52 qeyri-qanuni miqrant saxlanılıb  |     19:07 Azərbaycan-İran dövlət sərhədinin tam nəzarətə götürülməsindən beş il ötür  |     19:02 Bakı metropolitenində sərnişin ölüb  |     18:42 Cari ildə təhsil sahəsinə üç milyard manat xərclənib  |     18:13 Bakıda sürücüdən kobud davranış: "Bütün sərnişinləri avtobusdan düşürdü" - İDDİA (Video)  |     18:09 Bakıda məşhur iş adamı həbs edildi - Milyonları büdcədən yayındırıb  |     18:00 Bakı bulvarında qadın paltarla dənizə atılıb ÜZDÜ  |     17:56 Doqquz ayda Qarabağda bərpa-quruculuq işlərinə 2.5 milyard manat xərclənib  |     16:34 Altı ayda bank kartlarından 800 min manat oğurlanıb - Mərkəzi Bankdan açıqlama  |     16:20 Estoniyanın xarici işlər naziri Bakıda şəhidlərin xatirəsini anıb  |     16:15 Azərbaycanda bir vəkilin fəaliyyəti dayandırılıb  |     15:53 Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı artır  |     15:42 Sabunçu rayonunda itkin düşmüş şəxs qətlə yetirilib -DİN-dən açıqlama  |     15:17 Estoniya Azərbaycanda səfirlik açacaq  |     15:12 Suraxanıda yaşayış binasında yanğın: ölən var  |     15:07 Azərbaycan Konstitusiyasının 30 illiyi ilə əlaqədar yubiley medalı təsis edildi  |     14:55 Ramiz Mehdiyevin gəlini iddialarla bağlı DANIŞDI  |     13:22 Azərbaycanın valyuta ehtiyatları 80 milyard dolları keçib  |    

Koronavirusa görə nəzərdə tutulmuş vergi güzəştləri paketinin ümumi dəyəri açıqlandı

"Koronavirus pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə nəzərdə tutulmuş vergi güzəştləri paketinin ümumi dəyəri 114 milyon manata yaxındır".

Median.Az
Trend-ə istinadən xəbər verir ki, bunu Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

S.Məmmədxanov bildirib ki, bununla bağlı Vergi Məcəlləsinə "Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi" adlı yeni on səkkizinci fəsil əlavə edilir.

Dəyişikliyə görə, pandemiyanın bilavasitə təsir etdiyi, sənəddə nəzərdə tutulan fəaliyyət sahələri üzrə vergi ödəyicilərinə əmlak və torpaq vergiləri üzrə tam məbləğdə, əldə edilən mənfəətin (gəlirin) 75 faizi miqdarında vergi güzəştlərinin verilməsi təklif olunur.

Bundan başqa, sadələşdirilmiş verginin ödəyicisi olan ictimai iaşə fəaliyyəti və sərnişin daşımaları fəaliyyəti həyata keçirən vergi ödəyicilərinə yuxarıda qeyd edilən əmlak və torpaq vergiləri üzrə güzəştlərlə yanaşı, sadələşdirilmiş vergi məbləği üzrə 50 faiz güzəştin verilməsi nəzərdə tutulur.


Göstərilənlərlə yanaşı, pandemiyanın mənfi təsir etdiyi yuxarıda qeyd edilən iqtisadi fəaliyyət sahələri üzrə bir sıra digər güzəştlərin də verilməsi planlaşdırılır. Belə ki, fiziki şəxslərdən daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində tutulan verginin dərəcəsinin 14 faizdən 7 faizə endirilməsi, 1 il müddətinə cari vergi ödəmələrindən və cari vergi ödəmələri ilə bağlı arayışların verilməsindən azad edilməsi, 2019-cu il üçün son verginin ödənilməsi müddətinin 1 sentyabr 2020-ci il tarixinədək uzadılması, mikro sahibkarlıq subyekti olmayan vergi ödəyicilərinin əvvəlki il üzrə hesablanmış mənfəət (gəlir) və əmlak vergilərinin cari ilin 1 sentyabr tarixinədək uzadılması, ödənilməmiş vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarına görə faizlərin hesablanmasının 2020-ci ilin 1 aprel tarixindən 2021-ci ilin 1 yanvar tarixinədək təxirə salınması da bu güzəştlərə daxildir.

Qeyd edildi ki, bütün sahibkarlıq subyektlərini əhatə edən vergi ödəyicisi tərəfindən həyata keçirilən zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş xərclərin məhdudiyyət nəzərə alınmadan gəlirdən çıxılması, əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növlərinin ƏDV-dən müddətli azad edilməsi kimi vergi güzəştlərinin verilməsi də bu güzəştlər sırasındadır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 152 27.04.20 19:01