Mojo.az Banner
14:24 Şənbə günü 31° isti olacaq  |     14:19 Terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən şəxslərə hökm oxundu  |     14:12 "Ən böyük qiymət artımı Ermənistandadır" - Paşinyan  |     14:08 Xaçmazda 7 nəfər həbs edildi  |     14:02 "Son 10 ildə şagirdlərin savadlılığı artıb" - Məleykə Abbaszadə  |     13:57 Tbilisiyə 53 min sərnişin səfər edib - FOTO  |     13:49 İordaniyaya vizasız getmək mümkün olacaq  |     13:43 Kirayə mənzillər üçün hansı ərazilər daha cəlbedicidir? - VİDEO  |     13:38 Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanıldı  |     13:30 Quba-Xınalıq yolu çökdü - VİDEO  |     13:25 Bakı ermənilərin bu oğurluğuna görə İnterpola müraciət etdi  |     13:17 Həkəri çayına qanunsuz müdaxilə edən şəxs bu şirkətin rəhbəri imiş  |     13:11 Səngəçalda qonşusunu boğaraq öldürməkdə təqsirləndirilənlərin işi üzrə şahidlər dindiriliblər  |     13:06 Bakıda hoteldə səs-küy salan qadın həbs edildi  |     12:56 “Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - Video  |     12:55 Şahbaz Şərif Azərbaycana səfər edəcək - Bu tarixdə  |     12:46 Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb  |     12:43 Deputat: İctimai nəqliyyatda musiqi səsləndirilməsi sərnişinlərin rahatlığını pozmamalıdır  |     12:36 Prezidentin köməkçisi: "Azərbaycan və Ermənistan yeni sülh dövrünə qədəm qoyub"  |     12:27 Qazaxıstan "Avroviziya" mahnı müsabiqəsində iştirak edə bilməyəcək - SƏBƏB  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda nağd pul dövrü bitir? – Ekspertdən VACİB AÇIQLAMA

11.05.2026 13:54 558
Azərbaycanda nağd pul dövrü bitir? – Ekspertdən VACİB AÇIQLAMA
Son illərdə insanların ödəniş vərdişləri sürətlə dəyişir. Artıq bir çoxları gündəlik alış-verişdə nağd puldan çox bank kartları və rəqəmsal ödənişlərə üstünlük verir. Bəzi fikirlərə görə, kartla ödəniş zamanı insanlar xərclədikləri məbləği daha az hiss edir və bu da əlavə xərclərə səbəb olur. Digərləri isə hesab edir ki, məsələ ödəniş üsulunda deyil, şəxsin maliyyə idarəetməsindədir. Kart və rəqəmsal ödənişlər insanları daha çox xərc etməyə sövq edir? Rəqəmsal ödənişlərin artması nağd pulun gələcəkdə tam sıradan çıxmasına səbəb ola bilər?

Mövzu ilə bağlı Median.Az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, son illərdə kart və rəqəmsal ödənişlərin istifadəsi insanların gündəlik həyatında daha rahat və sürətli üsula çevrilib.
Onun sözlərinə görə, bir çox hallarda insanlar kartla ödəniş edərkən nağd pul verdikləri vaxt hiss etdikləri “xərc hissini” daha az yaşayırlar:

“Buna görə bəzi insanlar doğrudan da ehtiyacdan artıq alış-veriş edə və xərclərini tam nəzarətdə saxlaya bilmir. Xüsusilə onlayn alış-veriş və bir toxunuşla ödəniş imkanları əlavə xərcləri asanlaşdıra bilir. Amma bu vəziyyət hər kəs üçün eyni deyil. Maliyyəsini planlı şəkildə idarə edən insanlar kartdan istifadə etsələr belə xərclərinə nəzarət edə bilirlər. Əslində rəqəmsal ödənişlərin üstünlüklərindən biri də xərclərin tətbiqlərdə görünməsi və izlənməsinin daha rahat olmasıdır. Yəni əsas məsələ yalnız ödəniş üsulu deyil, insanın maliyyə vərdişləri və büdcə idarəetməsidir”.

Ekspert qeyd edib ki, rəqəmsal ödənişlərin artması gələcəkdə nağd pulun istifadəsini daha da azalda bilər:

“Çünki insanlar sürət, təhlükəsizlik və rahatlıq baxımından kart və telefonla ödənişə üstünlük verirlər. Bununla belə, yaxın gələcəkdə nağd pulun tamamilə yox olması ehtimalı azdır. Çünki bəzi insanlar hələ də nağd pula daha çox güvənir və internet və ya bank xidmətlərinə çıxışı məhdud olan yerlərdə nağd ödənişə ehtiyac qalır. Buna görə də gələcəkdə rəqəmsal ödənişlərin üstünlük təşkil etməsi mümkün olsa da, nağd pulun tam sıradan çıxması yaxın zamanda real görünmür”.скачать dle 11.3
Mojo.az Banner