Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:10 Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək  |     12:02 Sabunçuda bağçanın qapı və pəncərələrini sındıran qazi saxlanılıb  |     12:00 Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır  |     11:53 Azərbaycanda satılan çerri pomidorlar təhlükəlidirmi? - Ekspert açıqladı  |     11:44 İlham Əliyev çexiyalı həmkarına məktub göndərdi  |     11:43 Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"  |     11:37 Azərbaycan nefti ucuzlaşıb  |     11:34 Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı  |     11:33 İlon Maskın "SpaceX" şirkəti Ukraynanın yeni peykini orbitə çıxardı  |     11:28 Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılaraq öldü (Yenilənib)  |     11:25 İlham Əliyev: "Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir"  |     11:17 Dağıstan Vəkillər Palatasının azərbaycanlı prezidenti vəfat edib  |     11:14 Hər il 12 milyon qız 18 yaşına çatmadan nikaha daxil olur  |     11:12 İlham Əliyev Bakıda keçirilən beynəlxalq görüşün iştirakçılarına müraciət ünvanlayıb  |     23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |    
Mojo.az Avto
Mojo.az Avto

"BakıKart" ləğv olunur? (AÇIQLAMA)

09.01.2026 14:13 684
Bəzi insanlar "BakıKart"ın ləğv edilcəyini iddia ediblər. Bunu onunla əsaslandırıblar ki, bəzi dayanacaqlardan ödəniş terminalları götürülüb.

"Bakı Kart"ın operatoru - "K Group" MMC-dən Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, son günlər sosial şəbəkələrdə və bəzi onlayn platformalarda paytaxtda ictimai nəqliyyatda metro və avtobuslarda istifadə olunan "BakıKart" kartlarının ləğv ediləcəyi barədə yayılan məlumatlar əsassızdır və həqiqəti əks etdirmir.

Qeyd olunub ki, "BakıKart" ödəniş sistemi tam şəkildə fəaliyyətini davam etdirir və "BakıKart" kartlarının ləğvi ilə bağlı hər hansı qərar və ya plan mövcud deyil:

"BakıKart" sistemi müasir texnologiyaların tətbiqi ilə daha da təkmilləşdirilir və istifadəçilərə daha rahat, çevik ödəniş imkanları təqdim olunur".

Nəzərə çatdırılıb ki, yeni sistemin tətbiqi nəticəsində vətəndaşlar artıq təkcə "BakıKart" plastik kartı ilə deyil, eyni zamanda bank kartları, mobil tətbiqlər, NFC texnologiyası, həmçinin digər rəqəmsal ödəniş vasitələri vasitəsilə də gediş haqqını ödəyə bilirlər:

"Bu addım həm rahatlığı artırır, həm də nağdsız ödənişlərin genişlənməsinə şərait yaradır".

Qeyd edək ki, ötən il metropolitenin bütün stansiyalarında, həmçinin avtobus marşrutlarında NFC sistemini dəstəkləyən yerli bank kartları, eləcə də "Apple Pay" və "Google Pay" vasitəsilə nağdsız ödəniş mexanizmi tam şəkildə aktivləşdirilib.

Son xəbərlər