Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Vətəndaşların "BakıKart"dakı hesabları, oradakı vəsaitləri silinib? - RƏSMİ

14.08.2024 18:51 870
Vətəndaşların
Azərbaycan vətəndaşlarının “BakıKart” mobil tətbiqində hesabları və oradakı vəsaitləri silinməyib.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

"Yaranmış texniki nasazlığın aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Sərnişinlərdən ictimai nəqliyyatda ödəniş üçün müvəqqəti olaraq “BakıKart” kartlarından və mövcud digər alternativlərdən istifadə etməyi xahiş edirik. Mobil tətbiqin işi bərpa olunduqdan sonra vətəndaşlar hesablarındakı vəsaitdən istifadə edə biləcəklər",- deyə məlumatda qeyd edilib.

“BakıKart” mobil tətbiqi avqustun 9-dan işləmir.

Son xəbərlər