Mojo.az Banner
12:23 Bakıda təcili yardım maşını ağır qəza törətdi: Ölən var  |     12:19 Rəsmi Bakı Pakistana başsağlığı verib  |     12:16 Azərbaycanda müğənnilər 15 min manat qazanıb, 20 manat vergi ödəyirlər  |     12:13 Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edildi  |     12:09 Səhər saatlarında Rusiyada güclü zəlzələ oldu  |     12:00 İlon Mask uçan avtomobilini təqdim etdi - Video  |     11:54 Deputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi  |     11:53 Yaxın 4 ildə Qarabağ və Şərqi Zəngəzura nə qədər pul xərclənəcək?  |     11:45 Ağstafada cinayət törətməkdə təqsirləndirilən şəxs Rusiyada tutuldu  |     23:01 Daim üşüyürsünüz? - Endokrinoloq diqqətdən kənarda qoyulmamalı simptomları açıqladı  |     22:55 İcbari sığorta haqları artırılacaq?  |     22:46 Başqalarına kömək etmək bu xəstəliyin inkişafını ləngidə bilər  |     22:41 Qonşusunu bıçaqlayan 61 yaşlı şəxs məhkəmə zalında həbs edilib  |     22:34 İran Oman körfəzində tankeri vurdu  |     22:27 Ayselin aliment ödəməyən əri həbs olundu  |     22:22 Leyla Əliyeva Laçının vəhşi təbiətindən paylaşım etdi - VİDEO  |     22:15 Türkiyədə bələdiyyə sədrinin müavini qəzada öldü  |     22:09 "Rəqəmsal rabitə" informasiya sistemi nəyə xidmət edəcək?  |     22:02 Gənc əsgər vəfat etdi  |     21:57 Toyuq kəsimi sexində antisanitar vəziyyət - FOTOLAR  |    
Mojo.az Avto
Mojo.az Avto

Pünhanın 2 min nəfərlik toyunda qalmaqal: Müğənni ilə tamada arasında mübahisə

24.09.2026 21:13 363
Pünhanın 2 min nəfərlik toyunda qalmaqal: Müğənni ilə tamada arasında mübahisə
Müğənni Pünhan Piriyevin 2 min qonağın iştirak etdiyi toy mərasimində qalmaqal yaşanıb.

Mübahisə müğənni Eldəniz Məmmədovla tamada Pünhan İsmayılov arasında baş verib.

Mərasim zamanı Eldəniz Məmmədov mahnı ifa etdiyi vaxt bəyin nənəsi söz istəyib. Müğənni ifasını dayandıraraq mikrofonu bəyin nənəsinə uzadıb.

Bu hərəkət Pünhan İsmayılovu narazı salıb və nəticədə onunla Eldəniz Məmmədov arasında mübahisə yaranıb. Vəziyyətin gərginləşdiyini görən bəy tərəfləri sakitləşdirməyə çalışıb.

Daha sonra Pünhan Piriyev nənəsinin adından istifadə edərək Eldəniz Məmmədova müraciət edib:

“Eldəniz müəllim, nənəm səni çağırır”.

Bununla o, müğənnidən mübahisəyə son qoymasını istəyib.

Qaynarinfo məsələ ilə bağlı Eldəniz Məmmədovun münasibətini öyrənib.

Müğənni açıqlamasında Pünhan İsmayılovla 35 illik dost olduğunu bildirib:

“Pünhan Piriyevin nənəsi söz istədi, mən də verdim. Böyükdür, hər zaman onları eşitmək bizim borcumuzdur. Pünhan müəllimlə ailə dostuyuq. Bunlar da bir himə bəndirlər. Heç bir mübahisədən söhbət gedə bilməz”.

Pünhan İsmayılov da Eldəniz Məmmədovla 35 illik dostluqlarının olduğunu vurğulayıb:

“Bizim onunla aramızda heç vaxt mübahisə düşə bilməz”.
//qaynar.azскачать dle 11.3
Mojo.az Banner