Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Türkiyə-Ermənistan sərhədi açılır? - İrəvandan YENİ AÇIQLAMA

24.09.2026 21:59 387
Türkiyə-Ermənistan sərhədi açılır? - İrəvandan YENİ AÇIQLAMA
Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Türkiyə-Ermənistan sərhədlərinin açılması prosesinin dayandırılması ilə bağlı iddialara münasibət bildirib.


Jurnalistlərə açıqlama verən A.Simonyan prosesin dondurulmadığını, sadəcə müəyyən dərəcədə ləngidiyini diqqətə çatdırıb:


"Ermənistanın Türkiyə ilə sərhədi açıqdır. Proses dayanmayıb, yavaşlayıb. Mən bunu daha çox Ermənistanla Azərbaycan arasındakı proseslərin sonu və yaxın gələcək üçün mütləq problem olan dönməzlik nöqtəsinin keçməsi ilə əlaqələndirirəm. Mən həm sülh baxımından çoxdan keçdiyimiz dönməzlik nöqtəsini, həm də sərhədlərin açılması məsələsini nəzərdə tuturam. Bu məsələnin həll olunmayacağını və ya daha da gecikəcəyini düşünməyim üçün heç bir ilkin şərt yoxdur".


Təhlükəsizlik Şurasının katibi rəsmi Ankara tərəfindən də analoji addımların atıldığını xüsusi vurğulayıb. Onun sözlərinə görə, Türkiyə tərəfi infrastrukturun bərpası istiqamətində müvafiq işlər aparır:


"Bizim görüşlərimiz keçirilir, iş adamlarımız ora gedirlər. Bu, müsbət istiqamətdə irəliləyən bir prosesdir".


Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasındakı çıxışı zamanı Ankara və İrəvan arasında ikitərəfli münasibətlərin normallaşması istiqamətində mühüm irəliləyişlərin əldə olunduğunu bildirib.
//sfera.az

Son xəbərlər