Mojo.az Banner
13:25 Paytaxtda iki marşrutun HƏRƏKƏT SXEMİ DƏYİŞDİRİLDİ  |     13:23 Təhsil sistemindəki bu problem 5 ilə aradan qalxacaq – Valideynlərə şad xəbər  |     13:20 Ovuc içi məlumatları oğurlana bilər? — GİZLİ RİSK  |     13:18 Azərbaycanda ətin qiyməti ucuzlaşacaq? - Nazir açıqladı  |     12:59 ŞAD XƏBƏR: bu tarixdə maaş və pensiyalar ARTACAQ  |     12:50 Yay bitdi, maşın bazarı canlandı: Qiymətlər isə...  |     12:31 Dövlət qulluğu sertifikatının qüvvədəolma müddəti AZALDILDI  |     12:29 Azərbaycanda altı qanun LƏĞV EDİLƏCƏK - SİYAHI  |     12:16 Bank kartlarına məhdudiyyətin əsl səbəbi nədir? — SƏRT AÇIQLAMA  |     21:59 Türkiyə-Ermənistan sərhədi açılır? - İrəvandan YENİ AÇIQLAMA  |     21:53 Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib  |     21:45 Marketdə vaxtı keçmiş "NAN" uşaq yeməyi satılır - ŞİKAYƏT  |     21:40 Ajda Pekkan 80 yaşında su idmanına başladı  |     21:34 Ağıllı eynək qalmaqalı böyüyür – Qadınları gizli çəkib internetdə yayırmışlar  |     21:26 Gözlənilməz hadisələr YAŞANACAQ - Diqqət!  |     21:21 Bəzi avtobus marşrutları müsabiqəyə çıxarılır  |     21:13 Pünhanın 2 min nəfərlik toyunda qalmaqal: Müğənni ilə tamada arasında mübahisə  |     21:08 Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi  |     21:01 İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? (VİDEO)  |     20:56 Bankomatda hesabı açıq qoydu - Başına iş gəldi  |    
Mojo.az Avto
Mojo.az Avto

Həsən Həsənov: "Azərbaycanla Ermənistan arasında əldə edilən atəşkəs Bişkek protokolunun nəticəsində olmayıb" (Video)

04.11.2025 11:42 732
Həsən Həsənov:
"Azərbaycanla Ermənistan arasında əldə edilən atəşkəs Bişkek protokolunun nəticəsində olmayıb. Bu, yalan məlumatdır".

Bunu İTV-nin efirində yayımlanan "Təmas xətti" verilişində Azərbaycanın ilk baş naziri və sabiq xarici işlər naziri Həsən Həsənov deyib.

O bildirib ki, Bişkek protokolunun mahiyyətinin yalnız bir vacib elementi olub:

"O da sülhməramlı qüvvələrin Rusiya ordusu nümunəsində iştirakı idi. Mən BMT-də olanda Ermənistan iki dəfə bu məsələni qaldırdı. Onda söhbət gedirdi ki, BMT tərəfindən formalaşmış sülhməramlı qüvvələr olsun, ermənilər isə Rusiya ordusu timsalında sülhməramlı qüvvələr istəyirdilər. Bunu da imzalamaq olmazdı. Çünki ordumuz hələ tam formalaşmamışdı, biz hələ tam qüvvətli deyildik. Deməli, sülhməramlılar hakim qüvvə olacaqdılar. Ona görə də Bişkek protokolu reallaşmadı. Atəşkəs də Bişkek Protokolu əsasında olmadı. Azərbaycan və Ermənistan arasında razılaşdırıldı. Nəticədə sülhməramlılar da olmadı, başqa ölkələr də. Heydər Əliyev fəxr edirdi ki, biz atəşkəsi sülhməramlı qüvvələr olmadan qoruyuruq. Ermənilər isə sülhməramlıların olmasını istəyirdilər. Əsas məqsəd də o idi ki, Rusiya qoşunları gəlsin".

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:скачать dle 11.3
Mojo.az Banner