Mojo.az Banner
21:17 Tanınmış həkimin səs yazısı yayıldı - İDDİA (Audio)  |     21:13 Gecə klubunun qarşısında QƏTL - Detallar AÇIQLANDI  |     21:05 14 yaşlı oğlan kanalda boğuldu  |     20:59 Daha bir "Wildberries" kompleksi vuruldu  |     20:53 Putin Nikolay Baskova orden verdi  |     20:48 Qonşusunu döyərək hədə-qorxu gələn qadın bəraət aldı  |     20:40 Azərbaycan atıcısı Avropa çempionatında finala yüksəldi  |     20:35 Gürcüstan 55 əcnəbini deportasiya etdi - Azərbaycan vətəndaşları da var  |     20:28 Bakıda fəaliyyət göstərəcək ekspres avtobusların SİYAHISI - VİDEO  |     20:21 Ordubadın yeni icra başçısı kimdir? - DOSYE  |     20:15 Culfanın yeni icra başçısı kimdir? - DOSYE  |     20:10 Sabah 39 dərəcə isti olacaq  |     20:02 "İnsanlar nağd pula keçəcəklər" - İqtisadçı  |     19:56 Ağdamda əkin sahələrini yandıran bu şəxs imiş - Video  |     19:44 UEFA-dan sarı vərəqə limiti ilə bağlı yeni qərar  |     19:38 Rusiyada Ermənistan istehsalı olan onminlərlə içkinin satışı dayandırıldı  |     19:25 Dünya şöhrətli aktyor Ceki Çan Bakıya gəlib - Video  |     19:23 Azərbaycanda dəmir yolunun təhlükəsizlik zonalarında əlavə tədbirlər görüləcək  |     19:12 Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqlədi  |     18:59 Husilər Səudiyyə Ərəbistanındakı hava limanına PUA zərbəsi endirdi  |    
Left Banner
Right Banner

Səfərbərlik Xidməti korrupsiya ilə bağlı 75 nəfər barəsində Baş Prokurorluğa müraciət edib

02.10.2025 12:37 711
Səfərbərlik Xidməti korrupsiya ilə bağlı 75 nəfər barəsində Baş Prokurorluğa müraciət edib
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) korrupsiya ilə mübarizəyə dair 2025-ci ilin III rübünü əks etdirən statistik məlumatları açıqlayıb.

Bu barədə SHXÇDX məlumat yayıb.

Məlumata görə, SHXÇDX 2023-cü ilin may ayından etibarən xidməti fəaliyyətində şəffaflığın artırılması, korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində sistemli tədbirlər həyata keçirmiş, bu dövr ərzində normativ-hüquqi bazanın təkmilləşdirilməsi və nəzarət mexanizmlərinin gücləndirilməsi sahəsində kompleks işlər görülüb.

Belə ki, əməkdaşların qeyri-qanuni hərəkətləri və vəzifə səlahiyyətlərindən sui-istifadə halları üzrə aparılmış xidməti araşdırmalar nəticəsində 2023-cü ildə 78, ötən ildə 249, 2025-ci ilin müvafiq dövründə 143 əməkdaş (onlardan 54-ü rəhbər heyət) barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülmüş, o cümlədən cari ildə 9 əməkdaş mənfi əsaslarla ehtiyata buraxılıb və ya əmək müqaviləsinə xitam verilib. 2023-cü ildə 15 fakt üzrə 22, 2024-cü ildə 51 fakt üzrə 95, cari ildə isə 35 fakt üzrə 75 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

"Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 06.09.2023-cü il tarixlin 2317 nömrəli Fərmanının icrası çərçivəsində müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı dörd yararlılıq kateqoriyası üzrə yekun tibbi müayinəsi 01.07.2024-cü il tarixindən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçirilir. Prosesdə iştirak edən aidiyyəti qurumlar arasında məlumat mübadiləsinin elektronlaşdırılması və bu sahədə aparılan optimallaşdırma tədbirləri korrupsiya risklərinin azaldılmasına, idarəetmədə operativliyin və obyektivliyin təmin olunmasına, ümumilikdə isə fəaliyyətin şəffaflığının artırılmasına müsbət təsir göstərməkdədir.

Vətəndaşlarla əyani təmasın minimuma endirilməsi, operativliyin və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə müasir texnologiyaların imkanlarından maksimum yararlanmaq və gələcəkdə göstərilən bütün xidmətlərin elektron qaydada həyata keçirilməsi planlaşdırılır. Hazırda "Müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi", "Müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmə", "Müddətli həqiqi hərbi xidmətə müvəqqəti çağırılmamağa dair", "Həqiqi hərbi xidmət keçmə haqqında", "Müddətli həqiqi hərbi xidmət barədə" və "Hərbi qeydiyyat haqqında" arayışlar "MyGov" mobil tətbiqi üzərindən vətəndaşlara təqdim olunur.

Vətəndaşların korrupsiya və digər qanunsuz hallarla qarşılaşdığı təqdirdə "9100" çağrı mərkəzinə və ya info@seferberlik.gov.az elektron poçt ünvanına müraciət etmələri, həmçinin elektron xidmətlərdən yararlanmaq və "MyGov" platformasına qoşulmaq üçün elektron kabinetlərin yaradılması tövsiyə olunur.

"Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyətində şəffaflıq, obyektivlik və ictimai etimadın gücləndirilməsi prinsiplərinə əsaslanaraq korrupsiyaya qarşı mübarizəni bundan sonra da ardıcıl şəkildə davam etdirəcək", - deyə məlumatda bildirilib.скачать dle 11.3
Mojo.az Banner