Səfərbərlik Xidmətində bu il korrupsiya ilə bağlı 39 əməkdaş barəsində tədbir görülüb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:41 Azərbaycanın daha bir rayonunda ehsan ləğv edildi  |     22:33 Bakıda "od qiyməti"nə, Xaçmazda 17 qəpik - Səbəb nədir?  |     22:27 Sabahın hava proqnozu açıqlandı  |     22:19 Son günlər insanlar arasında çoxalan başağrısı nədir? (VİDEO)  |     22:11 Başqasının mənzilində məskunlaşmış neçə məcburi köçkün azad edilən ərazilərə köçürülüb?  |     22:02 Kainatın sonu gözləniləndən daha tez başlaya bilər  |     21:53 KİV: Cənubi Afrika, Rusiya və Çin birgə dəniz təlimləri keçirəcək  |     21:38 Donald Tramp-İlham Əliyev dialoqu: Qarşılıqlı etimada əsaslanan siyasi münasibətlər  |     21:31 Xaricdən Azərbaycan universitetlərinə köçürülmə ilə bağlı iddialara aydınlıq gətirilib  |     21:16 Kirayə mənzil bazarında qıtlıq yaranacaq, qiymətlər artacaq  |     21:13 Qala qəsəbəsində ağır QƏZA: Ölən və yaralananlar var  |     21:01 Qala qəsəbəsində ağır QƏZA: Ölən və yaralananlar var  |     20:49 Dostlarına atasını öldürməyi sifariş edən şəxsə HÖKM OXUNDU  |     20:47 Süni intellekt göz xərçəngini 89 faiz dəqiqliklə müəyyən etməyi öyrəndi  |     20:38 Tailand və Kamboca ilkin razılığa gəliblər  |     20:27 İran və Azərbaycan sərhəddə birgə layihələrin icrasının tezləşdirilməsini istəyirlər  |     20:27 “Qəbələ” İdman Klubunda yeni təyinat gerçəkləşib  |     20:24 İpoteka kreditləri kimlər üçün ƏLÇATANDIR?  |     20:17 Narkotikin təsiri altında olan sürücü saxlanıldı  |     20:06 Qanada iki nazir helikopter qəzasında öldü  |    

Səfərbərlik Xidmətində bu il korrupsiya ilə bağlı 39 əməkdaş barəsində tədbir görülüb

Səfərbərlik Xidməti korrupsiya ilə mübarizəyə dair 2025-ci ilin I rübünü əks etdirən statistik məlumatları açıqlayıb.

Bu barədə xidmət məlumat yayıb.

Verilən məlumata görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 2023-cü ilin may ayından etibarən korrupsiya hüquqpozmaların, neqativ halların qarşısının alınması və xidməti fəaliyyətdə şəffaflığın artırılması istiqamətində kompleks tədbirlər, o cümlədən normativ-hüquqi və maddi-texniki bazanın təkmilləşdirilməsi sahəsində ardıcıl tədbirlər davam etdirilməkdədir.

Belə ki, qanunvericiliyin və normativ aktların tələblərini pozmuş vəzifəli şəxslər barəsində xidməti yoxlamalar aparılaraq 2023-cü ildə 78, ötən ildə 249, 2025-ci ilin birinci rübündə isə 39 əməkdaş barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb, o cümlədən cari ildə 3 əməkdaş mənfi motivlə ehtiyata buraxılıb və əmək müqaviləsinə xitam verilib. 2023-cü ildə 15 fakt üzrə 22, 2024-cü ildə 51 fakt üzrə 95, cari ildə isə 12 fakt üzrə 40 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib:

"Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 06.09.2023-cü il tarixli 2317 nömrəli Fərmanının icrası ilə əlaqədar müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı barəsində 4 yararlılıq kateqoriyası üzrə qərar qəbul edilmiş vətəndaşların yekun tibbi müayinəsi 01.07.2024-cü il tarixdən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçirilir. Tibbi şəhadətləndirmədə iştirak edən aidiyyəti qurumlar arasında məlumat mübadiləsinin mövcud elektron informasiya sistemlərinin inteqrasiya yolu ilə həyata keçirilməsi, Ölkə Başçısının tapşırığı ilə bütün proseslərin elektronlaşdırılması və optimallaşdırılması korrupsiya hallarının qarşısının alınmasında, obyektivliyin təmin edilməsində və şəffaflığın artırılmasında müsbət nəticələr verməkdədir.

Vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə daha çox proaktiv xidmətlərin göstərilməsi, onlarla əyani təmasın minimuma endirilməsi üçün müasir texnologiyaların imkanlarından maksimum yararlanmaq və gələcəkdə göstərilən bütün xidmətlərin elektron qaydada həyata keçirilməsi prioritet məsələlərdən biridir. Hazırda Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə "Vətəndaşın hərbi qeydiyyatda olması haqqında", "Vətəndaşın hərbi xidmət keçməsi barədə" müvafiq arayışların verilməsi elektron qaydada həyata keçirilir, həmçinin ilkin mərhələdə 6 növ arayışın "MyGov" mobil tətbiq üzərindən vətəndaşlara təqdim olunması istiqamətində işlərə başlanılıb. Bu baxımdan yeni qüvvəyə minmiş qanunvericilik aktlarına əsasən vətəndaşların hərbi vəzifələrinin icrası ilə bağlı özləri barədə məlumatlarla tanış olmaq, onları əldə etmək və dəyişdirilməsi üçün müraciət etmək, həmin məlumatlarda hər hansı dəyişikliklə bağlı məlumat almaq, müraciətləri elektron formada göndərmək, xidmətlərdən istifadə etmək və ödənişləri həyata keçirmək üçün Elektron Hökumət İnformasiya Sistemində xüsusi fərdi elektron səhifənin (elektron kabinet) yaradılması tövsiyə olunur.

Xidmətin strukturunda korrupsiya hüquq pozuntusu və digər qanunsuz tələblə üzləşən vətəndaşların 9100 Çağrı Mərkəzinə və ya info@seferberlik.gov.az elektron ünvanına müraciət etməsi xahiş olunur. Xidməti fəaliyyətdə şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə bu kimi tədbirlər davamlı olaraq həyata keçiriləcək".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            546 02.04.25 12:06