Mojo.az — elanlar
Son Xəbərlər
13:44 Yardımlının yeni icra başçısı kimdir? - DOSYE  |     13:43 Azərbaycanda bəzi şəxslərə 20 illik vergi güzəşti - Prezident təsdiqlədi  |     13:43 "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər edildi  |     13:32 Gələn il ərzaq qiymətləri arta bilər – Açıqlama  |     13:10 Hər gün istifadə etdiyimiz duz nə qədər təmizdir? – AÇIQLAMA  |     13:09 Prezident yeni icra başçısı təyin etdi  |     13:08 İlham Əliyev Elçin Yusubovu vəzifəsindən azad etdi  |     12:46 Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq istəyən qüvvələr var – Deputat  |     12:37 Azərbaycanda bəzi bələdiyyələrin adları dəyişdirildi  |     12:25 Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər  |     12:21 Ermənistan rəsmiləri TRIPP-in infrastruktur layihələri üçün Zəngəzura səfər ediblər  |     12:01 Bakıda iki yaşlı qız su kanalında boğuldu  |     11:56 Havanın isti keçməsinin səbəbi açıqlandı  |     11:53 Azərbaycan nefti cüzi bahalaşıb  |     11:52 Ermənistan sərhədi keçən azərbaycanlı çobanı geri qaytaracaq  |     11:50 Çoxmərtəbəli binanın zirzəmisində gizlədilən qızılları divarı dağıdaraq taladı  |     11:40 "Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı yeni qərar  |     11:38 Sahibkarın bir milyon manatını mənimsədi, mərc oyunlarında uduzdu - Bakıda şok dələduzluq  |     11:37 Həkim yod çatışmazlığından qorunmağın ən asan yolunu açıqladı  |     11:26 Avropada saytlara giriş kütləvi şəkildə məhdudlaşdırılır  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda yeni tikilən çoxmərtəbəli binaların istismar müddəti azı 100 il olacaq

01.10.2025 21:04 903
Azərbaycanda yeni tikilən çoxmərtəbəli binaların istismar müddəti azı 100 il olacaq
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası "Yüksək binalar və komplekslər. Layihələndirmə normaları"nı təsdiqləyib.

Bununla bağlı Kollegiyanın sədri Anar Quliyev yeni qərar imzalayıb.

Qərara əsasən, binaların layihələndirilməsi layihə tapşırığı üzrə yerinə yetirilməlidir. Belə ki, layihələndirilən yüksək binalar yüksək məsuliyyət səviyyəsinə aiddir və konstruksiyalarının hesablama istismar müddəti 100 ildən az olmayaraq qəbul edilməlidir.

Yüksək binalar üçün məsuliyyətlilik üzrə etibarlılıq əmsalının (Ɣn) qiyməti xüsusi texniki şərtlərlə təyin olunur və aşağıdakı qiymətlərdən kiçik qəbul edilmir:

- binanın hündürlüyü 100 m-dək olduqda – 1,1;

- binanın hündürlüyü 100 - 150 m-dək olduqda – 1,15;

- binanın hündürlüyü 150 - 200 m-dək olduqda – 1,2.

Bundan başqa, tikinti layihəsinin tərkibinə binanın və mühəndis sistemlərinin əsas xüsusiyyətlərini özündə əks etdirən binanın texniki pasportu daxil edilməlidir. Layihə sənədlərində bina konstruksiyalarının inşası və mühəndis sisteminin quraşdırılması işlərində həddi sapmalar qeyd edilməlidir.

Həmçinin yüksək binaların və komplekslərin yanğından mühafizə layihələrində avtomatlaşdırılmış yanğınsöndürmə və yanğın xəbərdaredici sistemləri (siqnalizasiyası) nəzərdə tutulmalıdır.

Bitişik ərazilərdə binaların sayından, təyinatından və həcmi-planlaşdırma həllərindən asılı olmayaraq aşağıdakı abadlıq elementləri nəzərdə tutulmalıdır:

- baş yollara giriş və çıxışlar;

- avtomobil duracaqları;

- istirahət zonaları;

- yaşıllıq zonaları;

- xüsusi avtomobil nəqliyyatı ilə tullantıların yığılması üçün tutumların yerləşdirilməsi.

Tikinti ərazisi 9 ha-dan çox olan bina kompleksinin ətrafı boyu dairəvi yol layihələndirilməlidir. Binalarla yol arasında məsafə 25 m-dən çox olmamalıdır.

Binaların təyinatından asılı olaraq bitişik ərazilərdə abadlıq və xidmətlərin başqa elementləri də yerləşdirilə bilər.

Komitənin Ümumi işlər və ictimaiyyətlə əlaqələr şöbəsinə və Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

Son xəbərlər