Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu | 16:45 Məktəblilərin jurnalistlərə hücumu: Psixoloq problemin kökünə diqqət çəkdi | 16:27 Bakıda idmançı məşq zamanı öldü | 16:19 İlham Əliyev Bakıda finalçıları mükafatlandıracaq, Bayramov Azərbaycanı TDT sammitində təmsil edəcək | 15:07 Rusiya ordusu Dneprdə elektrik qatarına zərbə endirdi - Ölənlər var | 15:06 İspaniyada qatar faciəsində itkin düşən 60-dan çox insan tapılmır | 14:55 Azərbaycana biri 757 manat olan 30 həşərat gətirilib | 14:31 Milli Məclisin deputatları Atatürkün Bakıdakı abidəsini ziyarət ediblər - Foto | 14:23 Azərbaycanın üç güləşçisi dünya çempionatında məğlub olub | 13:53 Jurnalistləri döyən yeniyetmələri bu qədər həbs cəzası gözləyir – AÇIQLAMA | 13:29 Ceyhun Bayramov Türkiyəyə səfər edib |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda çoxfunksiyalı binalar və komplekslər üçün layihələndirmə normaları təsdiqlənib

11.08.2025 19:12 1 086
Azərbaycanda çoxfunksiyalı binalar və komplekslər üçün layihələndirmə normaları təsdiqlənib
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası “Çoxfunksiyalı binalar və komplekslər. Layihələndirmə normaları”nı təsdiqləyib.

Bununla bağlı Kollegiyanın sədri Anar Quliyev yeni qərar imzalayıb.

Qərara əsasən, bu normalar hündürlüyü 75 m-ə qədər olan və ictimai təyinatlı yerləşgələri 55 m-dən yüksək olmayan mərtəbələrdə yerləşən və yeraltı hissəsinin dərinliyi 15 m-ə qədər olan çoxfunksiyalı binaların, eləcə də komplekslərin layihələndirilməsinə və tikintisinə şamil ediləcək. Ancaq, normalar mövsümi və mobil çoxfunksiyalı binaların və qurğuların layihələndirilməsinə şamil edilməyəcək.

Normalara əsasən, əlilliyi olan şəxslərin vestibüllərə, liftlərə, ictimai təyinatlı yerləşgələrə və mənzillərə maneəsiz girişi və çıxışı təmin edilməlidir. Belə ki, binanın girişində, dəhlizlərdə, liftə və tullantı borusuna yaxınlaşmaq üçün döşəmələrin səviyyə fərqləri olan yerlərdə panduslar (yaxud təkərli oturacaq təyin olunmuş əlilliyi olan şəxslərin hərəkəti üçün qaldırıcı qurğular), eləcə də əlilliyi olan şəxslər üçün digər qurğular nəzərdə tutulmalıdır.

Bundan başqa, çoxfunksiyalı binalar və komplekslərin torpaq sahələrinin tərkibində və ya onlardan piyada gedişi məsafəsində aşağıdakılar yerləşdirilməlidir:

- sakinlər və işçilər üçün xidmət obyektləri;

- sakinlərin, ziyarətçilərin və işçilərin maşınları üçün parklanma yerləri;

- binalara xidmət edən yük maşınları və avtobuslar üçün parklanma yerləri;

- sakinlər və işçilərin mədəni-asudə vaxtlarını keçirmək üçün obyektlər;

- sakinlər, işçilər və ziyarətçilər üçün istirahət yerləri.

Həmçinin dam örtükləri aşağıdakı tələblər nəzərə alınmaqla layihələndirilməlidir:

- hündürlüyü 6 m-dən artıq olmayan bir və iki mərtəbəli binalarda - istənilən növ, o cümlədən təşkil olunmamış suaxıdıcı novların quraşdırılmasına yol verilir, bu halda birinci mərtəbənin girişləri və ikinci mərtəbənin eyvanları üzərində örtüklər mütləq quraşdırılmalı və karnizin çıxıntısı 0,6 metrdən kiçik olmamalıdır;

- hündürlüyü 15 m-dən artıq olmayan üç - beş mərtəbəli binalarda - xarici təşkil olunmuş suaxıdıcı novlar və ya zərurət olduğu halda daxili suaxıdıcı novlar nəzərdə tutulmalıdır;

- hündürlüyü 15 m-dən artıq olan altı və ya daha çox mərtəbəli binalarda - daxili suaxıdıcı novlar nəzərdə tutulmalıdır.

İstismar olunan və ümumi sahəsi 300 m2-dən az olan və ya 15 nəfərdən az adamın yerləşməsi üçün nəzərdə tutulmuş damın bir təxliyə çıxışı olmalıdır.

Ümumi sahəsi 300 m2-dən çox olan və ya 15 nəfərdən çox adam üçün müəyyən edilmiş istismar olunan damdan əlavə təxliyə çıxışları nəzərdə tutulmalıdır.

Nazirliyin Ümumi işlər və ictimaiyyətlə əlaqələr şöbəsinə və Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.
//report

Son xəbərlər