Mojo.az Banner
19:55 Astarada 10 kq narkotik aşkarlanıb  |     19:46 “Ata olmağı çox istədim, amma olmadı" - Sərdardan illər sonra etiraf  |     19:36 Bəzi diplomatik xidmət əməkdaşlarına ödənişlərin verilməsi qaydasında dəyişiklik edildi  |     19:29 "Real"ın müdafiəçisi çinlilərdən üzr istədi  |     19:23 "Kür" Təhsil Mərkəzi sudan qanunsuz istifadə edirmiş  |     19:15 Mingəçevirdə qadın bıçaqlanıb, şübhəli bilinən əri saxlanılıb  |     19:06 Almaniyada Xocalı soyqırımı ilə bağlı anım tədbiri keçirilib  |     18:58 ABŞ-nin Azərbaycandakı səfirliyinin sabiq əməkdaşına hökm oxundu  |     18:43 Bakıda mağazadan 750 manat oğurlayan şəxsə AĞIR CƏZA  |     18:29 Sosial şəbəkədə əxlaqsız ifadələr səsləndirilməsinə görə 6 nəfər məsuliyyətə cəlb edilib  |     18:24 Paytaxtın hansı küçələrində sıxlıq var?  |     18:04 Müşfiq Abbasov həbs edildi  |     17:57 Meksikada kartel başçısının ölümü 14 nəfərin həyatına son qoydu  |     17:49 Prokurorluğa çağırılan Çelsi ölkədən qaçdı  |     17:38 Sumqayıtda partlamamış top mərmisi tapılıb  |     17:37 İsa Həbibbəyli Ramiz Mehdiyevin kadrına yüksək vəzifə verdi - GİZLİ TƏYİNAT (FOTO)  |     17:18 Tanınmış futbolçumuzun Azərbaycandan çıxışına "stop" qoyuldu  |     17:17 Vasif Talıbovun imzaladığı 10-dan çox fərman LƏĞV EDİLDİ  |     16:53 Qumar saytından 2 min pul uddu, 3 min manat cərimələndi  |     16:49 Xaricə 59 qəpiyə, yerli bazarda 1 manat - Qiymət fərqinin səbəbi nədir?  |    
Left Banner
Right Banner

Tullantı sularını düzgün idarə etməyənlər 12 500 manatadək CƏRİMƏLƏNƏCƏKLƏR

05.09.2025 17:56 393
Tullantı sularını düzgün idarə etməyənlər 12 500 manatadək CƏRİMƏLƏNƏCƏKLƏR
"Tullantı sularını düzgün idarə etməyənlər 12 500 manatadək cərimə olunacaqlar".

Bu barədə Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti (SİMDNX) xəbərdarlıq yayıb.

Qeyd olunub ki, müəssisə və təşkilatların fəaliyyəti zamanı yaranan tullantı sular ətraf mühitə, xüsusilə də su və su təsərrüfatı obyektlərinə ciddi təsir göstərir.

"Bu səbəbdən də tullantı suların qanunvericiliklə müəyyən olunmuş qaydada düzgün idarə edilməsi, təmizlənməsi və digər məqsədlər üçün istifadə olunması istiqamətində cəmiyyətin maarifləndirilməsi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında SİMDNX-nin qarşıya qoyduğu hədəflərindəndir.

SİMDNX-dən verilən məlumata görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 avqust tarixli 295 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mərkəzləşdirilmiş kanalizasiya şəbəkələri olmayan ərazilərdə qeyri-yaşayış binalarından onların istismar təyinatı nəzərə alınmaqla axıdılan çirkab sularının yığılacağı tikili və qurğulara dair Tələblər"ə əsasən, mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi olmayan ərazilərdə yerləşən qeyri-yaşayış binalarında formalaşan tullantı sular çirkab quyularından istifadə etməklə idarə olunmalıdır.

Çirkab quyularının divarları və dibi sukeçirməz olmalı, habelə həmin quyuların inşası kanalizasiya, xarici şəbəkə və qurğulara dair texniki normativ hüquqi aktların tələblərinə uyğun həyata keçirilməlidir.

Sənaye müəssisələri tərəfindən tullantı sularının düzgün idarə olunması xüsusilə mühüm əhəmiyyət kəsb edir. Onların fəaliyyəti nəticəsində yaranan tullantı sularının tərkibində ətraf mühit üçün zərərli olan maddələrin miqdarı daha yüksək olur. Bu məqsədlə çirkab su quyularının (şambolar) istifadə olunması ilə yanaşı müəssisə və təşkilatlar tərəfindən tullantı suları lokal təmizləyici qurğularda təmizləndikdən sonra kənarlaşdırıla bilər. Bu halda tullantı suların kənarlaşdırılacağı yer və tərkibindəki çirkləndirici maddələrin qatılıq həddi ADSEA ilə razılaşdırılmalıdır.

Nəzərinizə çatdırırıq ki, qeyd olunan tələblərə riayət edilməməsinə görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən, vəzifəli şəxslər 4 000 manatadək, hüquqi şəxslər 12 500 manatadək məbləğdə cərimə edilirlər. Həmçinin müəssisə və təşkilatlar tərəfindən su mənbələrinin əhəmiyyətli dərəcədə çirkləndirilməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən, cinayət məsuliyyəti yaradır.

Suların istifadəsi və mühafizəsi sahəsində mövcud qanunvericiliyin tələblərinə riayət edilməməsi qlobal iqlim dəyişikliyi və regionumuzda müşahidə olunan su qıtlığı şəraitində daha da təhlükəli nəticələrə gətirib çıxara bilər. Bu səbəbdən də tullantı sularının təmizlənməsi təkcə hüquqi yox, həm də mənəvi öhdəlikdir", - deyə məlumatda bildirilib.скачать dle 11.3
Mojo.az Banner