Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Su obyektini çirkləndirən fabrikə qarşı inzibati icraat - SİMDNX tədbir gördü (Video)

14.07.2025 16:09 654
Su obyektini çirkləndirən fabrikə qarşı inzibati icraat - SİMDNX tədbir gördü (Video)
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti (SİMDNX) tərəfindən Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Elat kəndli-fermer təsərrüfatı" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) məxsus quşçuluq fabrikində formalaşan tullantı sularının lokal təmizləyici qurğu olmadan və hər hansı təmizlənmə, zərərsizləşdirilmə aparılmadan birbaşa Sumqayıt çayına və dolayısı ilə Xəzər dənizinə axıdılması faktı aşkar edilib.

SİMDNX-dən verilən məlumata görə, Azərbaycan Respublikası Su Məcəlləsinin 77-ci, 103-cü maddələrinin və "Ətraf mühitin çirkləndirilməsinə görə ödənişlərin tətbiqi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 mart 1992-ci il tarixli 122 nömrəli Qərarından irəli gələn tələblərin pozulmasına görə faktla bağlı 11 iyul 2025-ci il tarixdə akt və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsinə əsasən, inzibati xəta törətdiyinə görə "Elat kəndli-fermer təsərrüfatı" MMC barəsində hüquqi şəxs qismində "İnzibati xəta haqqında Protokol" tərtib edilib.

Həmçinin Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Kollegiyasının Qərarı ilə təsdiq edilmiş qaydalara riayət edilmədən fəaliyyətin həyata keçirildiyini nəzərə alaraq, müvafiq tədbirlər görülməsi üçün AQTA-ya müraciət ediləcək.

"Vətəndaşlardan su obyektlərinin çirkləndirilməsinə dair hallarla rastlaşdıqda dərhal qurumun sosial media hesabları vasitələri ilə məlumat vermələrini xahiş edirik", - deyə məlumatda qeyd edilib.

Son xəbərlər