Mojo.az Banner
22:55 Balaxanıda baş vermiş yanğın söndürüldü  |     22:47 “İnstagram”da yeni trend  |     22:42 Yeni tədris ilində bəzi dərsliklər dəyişəcək - SİYAHI  |     22:35 Səhər yorğun oyanırsınızsa, səbəbi bu ola bilər  |     22:30 Zəlimxan Yusupov həbs edildi  |     22:22 10 ilə yaxın ekologiya sistemi qurdu - Bakıda kafedə noutbuku oğurlandı  |     22:16 Müğənni qardaşını öldürən şəxsə ağır cəza istənildi  |     22:10 Avtobuslarda sərnişinlərin telefonlarını oğurlayırdı - 5 il 3 ay həbs  |     22:02 8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb?  |     21:57 Azərbaycan Gürcüstana 22 mindən çox dərslik göndərdi  |     21:50 Lionel Messi 17-ci dəfə "Qızıl top"a namizəd oldu  |     21:39 Leyla Əhmədova ev dustaqlığına buraxıldı  |     21:28 Çimərliyə getmək istəyənlərin nəzərinə  |     21:20 Şəkidə məşhur əyləncə mərkəzindəki faciə ilə bağlı YENİ DETALLAR - FOTO / VİDEO (Yenilənib)  |     21:13 Moskvada qəza törətmiş azərbaycanlı reper təzminat ödədi  |     21:05 Yağışdan sonra bu qoxunu niyə sevirik?  |     20:58 Üç plastik cərrah cəzalandırıldı - 22 klinika cərimələndi  |     20:52 Bakıda 31 yaşlı narkotik aludəçisi küçədə öldü  |     20:47 Bu ölkələrdə vahid turistik viza rejimi tətbiq olunacaq  |     20:40 Avstriyada məktəbli qızlara hicab qadağan olundu  |    
Left Banner
Right Banner

İmişlidə 30-dan artıq karxananın fəaliyyəti dayandırıldı - SƏBƏB

04.08.2025 16:47 567
İmişlidə 30-dan artıq karxananın fəaliyyəti dayandırıldı - SƏBƏB
Araz çayının İmişli rayonu ərazisindən keçən hissəsində "Bəhrəmtəpə-1", "Bəhrəmtəpə-2" və "İmişli" qum-çınqıl yataqlarında fəaliyyət göstərən karxanaların su obyektinə və yer təkinə vurduğu zərərli təsirlərin müəyyən edilməsi məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX), İmişli Rayon İcra Hakimiyyətinin, İmişli Rayon Polis İdarəsinin, Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşlarından ibarət işçi qrup yaradılıb və nəzarət tədbirləri gücləndirilib.

SİMDNX-dən verilən məlumata görə keçirilən nəzarət tədbirləri zamanı çay məcrasında və mühafizə zonasında heç bir hüquqmüəyyənedici sənədlər olmadan fəaliyyət göstərən karxanalar tərəfindən çay yataqlarının istifadəsi sahəsində qanunvericiliklə müəyyən edilmiş qayda və şərtlərin kobud şəkildə pozulduğu, bunun nəticəsində çayın məcrasının kəskin eroziyaya məruz qaldığı və məcrasının qismən dəyişdiyi müəyyən edilib.

Bildirilir ki, SİMDNX tərəfindən Azərbaycan Respublikasının Su Məcəlləsinin və bu sahəni tənzimləyən digər qanunvericilik aktlarının tələblərini pozaraq su obyektlərini və onun sahil mühafizə zonasını zəbt etməklə qanunsuz fəaliyyət göstərən qum-çınqıl karxanalarına qarşı tədbirlər görülməsi üçün aidiyyəti qurumlara müraciətlər edilib. Nəticədə Araz çayının İmişli rayonu ərazisindən keçən hissəsində qanunsuz fəaliyyət göstərən 30-dan artıq karxananın fəaliyyəti dayandırılıb və hasilat zamanı istifadə olunan qurğu və texnikalar ərazidən çıxarılıb:

"Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti hazırda su obyektlərində və onların mühafizə zonasında fəaliyyət göstərən digər karxanalarla bağlı nəzarət tədbirlərin davam etdirildiyini bildirir və vətəndaşlardan bu kimi neqativ hallarla rastlaşdıqda dərhal qurumun sosial media hesabları vasitələri ilə məlumat vermələrini xahiş edir".скачать dle 11.3
Mojo.az Banner