Mojo.az Banner
16:03 Bakı-Tbilisi dəmiryol marşrutu üzrə GEDİŞ HAQQI BİLİNDİ  |     12:30 Azərbaycanda qadın pilotların sayı açıqlanıb  |     12:06 Ukrayna DİN-də əməliyyat keçirilib - Məmurlar saxlanılıb  |     12:03 Rusiyada QEYRİ-ADİ HADİSƏ: Bakıdan gedən aşpazı narşəraba görə saxladılar - FOTO  |     11:56 DTX tərəfindən saxlanılan Saleh Səmədov nə qədər pul mənimsəyib?  |     11:54 Yeddi körpənin öldüyü cinayət işi ilə bağlı məhkəmə: Vəkillər bəraət istədilər  |     11:53 Bakıda Ukrayna şəhərlərinin dayanıqlı bərpası və baş planları müzakirə edildi  |     11:52 Kliniki Tibbi Mərkəzin həkimi VƏFAT ETDİ - FOTO  |     11:50 Azərbaycanda ən çox maaşı hansı sahədə işləyənlər alırlar?  |     11:47 UEFA Avropa Liqasında FİNAL HƏYƏCANI  |     11:46 Azərbaycan nefti ucuzlaşıb  |     11:39 Bazarlarda nübarlıq meyvələrin QİYMƏTLƏRİ - Video  |     11:33 Küçələri lərzəyə gətirən sürücülərə xəbərdarlıq - Video  |     11:29 "Günə 30-40 manat qazanırıq" - Astara çayını keyfiyyətli edən sirr nədir? (Video)  |     11:14 Hamlet Musayevin qızı həbsdən azad edildi  |     23:01 Supermarketlərdə niyə tez-tez başsız balıq satılır? - Heç kimin bilmədiyi SƏBƏBLƏR  |     22:54 14 ildən sonra yeni albom çıxaracaqlar  |     22:46 Bu ölkədə virusa görə əl sıxmaq qadağan olundu  |     22:41 Goranboyda iki qadın qətlə yetirilib (Yenilənib)  |     22:34 "Mango"nun qurucusunun oğlu həbs edildi - Atasını öldürübmüş  |    
Left Banner
Right Banner

Nazirlikdən kanalizasiya açıqlaması: “Qurğular tələblərə cavab vermir”

29.09.2021 11:41 1 233
Nazirlikdən kanalizasiya açıqlaması: “Qurğular tələblərə cavab vermir”
“Bu gün Bakı şəhəri üzrə tullantı sularının idarə olunmasında müəyyən çətinliklər mövcuddur”.

Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov bildirib.

Onun sözlərinə görə, Bakı şəhəri üzrə kanalizasiya şəbəkəsi şəhərin mərkəz hissəsini əhatə edir, ətraf rayonlarda isə mərkəzləşdirilmiş şəbəkə yoxdur:

“Eyni zamanda, mövcud təmizləyici qurğular da ekoloji tələblərə cavab vermir, başqa sözlə, bu sulardan müvafiq yaşıllıqların suvarılmasında birbaşa istifadə etmək mümkün deyil”.

Agentlik rəsmisi qeyd edib ki, bütün qeyd olunanlar tullantı sularının idarə olunmasında ekoloji tarazlığın pozulmasına səbəb olur.

“Sabunçu, Xəzər, Binəqədi, Qaradağ rayonlarında kanalizasiya şəbəkəsinin olmaması ətraf mühitin çirkləndirməsi ilə yanaşı, istifadəsi mümkün olmayan ərazilərin formalaşmasına gətirib çıxarır.

Bunları nəzərə alaraq layihələrin qiymətləndirilməsində tullantı sularının idarə olunmasına diqqət yetirilir ki, nəticədə bu tullantı sular ətraf mühiti çirkləndirməsin, əksinə təmizlənərək onlardan təkrar istifadə təmin olunsun”.скачать dle 11.3
Mojo.az Banner