Mojo.az Banner
23:01 Problemli kreditlərin həcmi artır - Səbəb nədir? (VİDEO)  |     22:55 Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO  |     22:48 Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu  |     22:43 Vasif Talıbovun yaxın adamının 12 illik fəaliyyəti yoxlanılır  |     22:34 "Turan Tovuz" "Fənərbağçaya məğlub oldu  |     22:29 Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər  |     22:21 Paytaxtın bəzi ərazilərində işıq olmayacaq  |     22:16 Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı  |     22:10 Sürücülərə xəbərdarlıq: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:02 Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - Açıqlama  |     21:56 Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı  |     21:48 Ağdaşda evdə yanğın - Ana və oğulları ilə bağlı təfərrüat  |     21:40 Bakıda ən ucuz evlər bu ərazidədir  |     21:35 Payız axşamlarında izlənməli 5 film  |     21:27 Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat  |     21:22 Təyyarəni qəzaya uğratmaq istəyən pilotun keçmişi ilə bağlı şok detallar üzə çıxdı  |     21:14 Tanınmış həkim xərçəngin səbəblərin açıqladı  |     21:08 6 min manat alıb oğlunu həbsdən çıxaracağını vəd etdi - 2 il 9 ay həbs  |     21:00 Büdcə smartfonlarının sonu: "Samsung" və "Google" modellərinin qiyməti kəskin artdı  |     20:55 Toyuq əti bu səbəblərdən bahalaşır  |    
Mojo.az Avto
Mojo.az Avto

TƏBİB-in tabeli tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunub

26.08.2025 20:11 606
TƏBİB-in tabeli tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunub
Bəzi tibb müəssisələrinə yeni direktorlar və direktor müavini təyin olunub.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Məlumata əsasən, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına Oktay Əmənullayev, Astara Rayon Mərkəzi Xəstəxanasına Bahadır Əhmədov, Göyçay Rayon Mərkəzi Xəstəxanasına Zahir Əliyev rəhbərlik edəcək.

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının yeni direktoru O.Əmənullayev ixtisasca terapevtdir, yeni təyinatınadək Astara Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışıb.

Astara Rayon Mərkəzi Xəstəxanasının direktoru B.Əhmədov ixtisasca pediatrdır və yeni təyinatına qədər TƏBİB-in Həssas əhali qrupları ilə iş departamentinin Səfərbərlik məsələləri üzrə iş şöbəsinin baş məsləhətçisi vəzifəsində fəaliyyət göstərib.

Göyçay Rayon Mərkəzi Xəstəxanasının yeni direktoru Z.Əliyev ixtisasca pediatrdır, yeni təyinatınadək Ədliyyə Nazirliyi Penitensiar Xidmətin müəssisəsində baş həkim vəzifəsində çalışıb.

Eyni zamanda Talıb Məmmədov Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Cənub regional təcili və təxirəsalınmaz tibbi yardım xidməti üzrə direktor müavini təyin olunub. İxtisasca cərrah olan T.Məmmədov yeni təyinatına qədər Göyçay Rayon Mərkəzi Xəstəxanasının direktoru kimi fəaliyyət göstərib.скачать dle 11.3
Mojo.az Banner