Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:28 Universitetlər əmək bazarının tələblərinə cavab verə bilmir – Açıqlama  |     12:17 Göygöldə qanlı dava: 36 yaşlı kişi bıçaqlandı  |     12:08 Nisyə pivə içən qəssab dostunu bıçaqladı - İmişlidəki cinayətin təfərrüatı  |     12:00 İlham Əliyev: "Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir"  |     11:59 Dubayda qızıldan piyada yolu salınacaq  |     11:57 Bakının ucuz mənzillər satılan əraziləri açıqlandı - Video  |     11:55 Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"  |     11:53 Bakıda böyük söküntü başlayır: Sakinlərə nə qədər kompensasiya veriləcək? - Video  |     11:34 İlham Əliyev: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"  |     11:29 Prezident: "Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini verib"  |     11:26 Deputat: “İran nazirinin bəyanatı Azərbaycanın daxili işlərinə müdaxilədir”  |     11:17 Bəzi şəxslərin iş və istirahət saatları ilə bağlı YENİ QƏRAR  |     23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

İnsanların 1000 il yaşamasına mane olan yeganə amil aıqlandı

09.08.2025 23:01 852
İnsanların 1000 il yaşamasına mane olan yeganə amil aıqlandı
Birmingem Universitetinin molekulyar biogerontoloqu Joao Pedro de Maqalyanş hesab edir ki, insanlar bioloji cəhətdən indikindən daha uzun - bəlkə də 1000 il və ya daha çox yaşaya bilərdilər. Amma bir problem var: Ola bilsin ki, insanlar daha sürətli qocalmaq üçün təkamül keçiriblər və bunun səbəbi dinozavrlar dövrünə qədər uzanır.

Qaynarinfo "DailyGalaxy" portalına istinadən xbərə verir ki, "BioEssays" jurnalında dərc olunmuş məqalədə de Maqalyanş "uzunömürlülük darboğazı" hipotezini irəli sürür. Onun tədqiqatına görə, erkən məməlilər sürətli çoxalma və sağ qalma zərurəti ilə bağlı güclü təzyiq altında idi, çünki dinozavrlar qida zəncirində üstünlük təşkil edirdi. Bu təkamül stresi, ola bilsin ki, onların bir zamanlar daha uzun ömür təmin edən bəzi genetik xüsusiyyətlərini itirməsinə səbəb olub. Sonradan bu genetik itkilər məməlilərin, o cümlədən bizim biologiyamızın ayrılmaz hissəsinə çevrilib.

"Ən qədim məməlilərdən bəziləri qida zəncirinin ən altında yaşamağa məcbur idi və sürətli çoxalma yolu ilə sağ qalmaq üçün təkamül keçirirdilər", deyə o, izah edir.

Onun fikrincə, bu adaptasiya məməlilərin (insanlar daxil) qocalma prosesini geri dönməz şəkildə dəyişib. De Maqalyanşın nəzəriyyəsinin bir hissəsi, ultrabənövşəyi şüaların səbəb olduğu zədələri təmir edən (fotoliazalar kimi) fermentlərin itirilməsini nəzərdə tutur. Bu fermentlərin əksər məməlilərdə (insan daxil) olmamasının səbəbi, dinozavrlar dövründə genomumuzdan yox olmalarıdır. Bu itkinin səbəbi, erkən məməlilərin yırtıcılardan qorunmaq üçün mənimsədiyi gecə həyat tərzi ola bilər – bu, ultrabənövşəyə qarşı qorunma ehtiyacını azaldıb, amma eyni zamanda güclü DNT təmiri mexanizminin söndürülməsinə səbəb olub.

O, müqayisə üçün digər növlərdən də misal çəkib. Məsələn, bəzi kərtənkələlər (alligatorlar) daimi diş yeniləyə bilər, insanlar isə edə bilməz - bu, təkamül prosesində sürətin uzunömürlülükdən üstün tutulmasının nəticəsi ola bilər. Bu nümunələr göstərir ki, təkamül zamanı çoxsaylı regenerativ funksiyaları itirmişik.

De Maqalyanşın sözlərinə görə, bu mexanizmləri başa düşmək insan yaşlanmasını yavaşlatmağa və ya hətta geri qaytarmağa imkan verən müalicə üsulları işləyib hazırlamağa kömək edə bilər.

Onun fikrincə, bir gün yaşlanmanı idarə etmək mümkün olacaq, bunun üçün əsas bioloji proseslərə yönəlmiş terapiyadan istifadə olunacaq. Ən perspektivli namizədlərdən biri rapamisindir – orqan rəddinin qarşısını almaq üçün artıq tətbiq olunan tibbi birləşmə. Tədqiqatlar göstərir ki, o, bəzi məməlilərin ömrünü 10-15% uzada bilər və alimlər indi onun yaşlanmaya qarşı daha geniş potensialını öyrənirlər.

Hələlik genetik səviyyədə uzunömürlülük tapılmadığından, alimlər ömrü uzatmaq üçün xroniki xəstəliklər və erkən ölüm riskini azaltmağa kömək edən "superqidalar" qəbul etməyi tövsiyə edirlər.

Son xəbərlər