Mojo.az Banner
20:05 Bakıda BMT-nin İqlim Həftəsində 140-dan çox ölkədən 2700 nümayəndə iştirak edib  |     19:59 Husilər Trampa mesaj göndərdilər: "ABŞ ilə vuruşmaq istəmirik"  |     19:47 İran və regional dövlətlər Hörmüz boğazını müzakirə edəcəklər  |     18:09 1-ci sinfə gecikən uşaqlar üçün elektron qəbul başlayır  |     18:03 İkinci əl telefon alarkən bu səhvi etməyin - XƏBƏRDARLIQ  |     17:58 Qazaxıstan "Avroviziya-2027" qatılır?  |     17:51 Çilidə qocalar evi yandı, çoxlu sayda ölən var  |     17:44 Hörmüzdən sonra yeni təhlükə: Daha bir keçid risk altındadır  |     17:39 Xərçəng riskini artıran əsas vərdişlər açıqlandı  |     17:31 Unun topdansatış qiyməti nə qədər bahalaşdı?  |     17:25 ÜST xəbərdarlıq etdi: Bu vərdiş övlad sahibi olmaq şansını bitirir!  |     17:18 Bakıda skuterlər təhlükəyə çevrilir: Nəzarət yetərlidirmi?  |     17:13 Anasının pensiyasını əlindən alan şəxs həbs edildi  |     17:07 Daha çox avtomobil, daha çox tıxac: Bakı bu yükü daşıya biləcəkmi?  |     17:00 Maaş ayın sonuna çatmır: Ailə büdcəsini necə qorumaq olar?  |     16:55 Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu (VİDEO)  |     16:47 40 yaşlı Ledi Qaqa ilk dəfə ana oldu  |     16:42 1200 manatdan 36 min dollaradək - Azərbaycanda əcnəbi tələbələrə təhsil haqqı  |     16:34 Bu yay dənizdə batan tanınmış azərbaycanlılar (SİYAHI)  |     16:28 Daha çox su içdikdə orqanizmdə hiss edəcəyiniz 5 dəyişiklik (ARAŞDIRMA)  |    
Mojo.az Avto
Mojo.az Avto

14 dəfə əməliyyat olundu, imtahandan 252 bal topladı - VİDEO

18.05.2026 11:48 516
14 dəfə əməliyyat olundu, imtahandan 252 bal topladı - VİDEO
Səhhəti məktəbə getməyə, normal təhsil almağa çətinlik yaratsa da, 9-cu sinif şagirdi imtahandan 252 bal toplaya bilib.

Median.Az
"Xəzər" TV-yə istinadən xəbər verir ki, Yevlax şəhərində dünyaya göz açan Nəcibə Əlizadə həmyaşıdlarından fərqli olaraq evdə fərdi təhsil alıb.

O, bu yaşına çatana qədər, yalnız 2-ci sinifdə oxuyan zaman atasının köməyi ilə bir neçə gün dərslərə qatıla bilib. Ondan sonra keçirdiyi ağır əməliyyatlar təhsilini məktəbdə davam etdirməyə imkan verməyib. 9 aylığından serebral-iflic xəstəliyindən əziyyət çəkən Nəcibə Əlizadə iradəsi, zəhməti və təhsilə olan sevgisi ilə qarşısına qoyduğu məqsədlərə çatmaq üçün böyük əzmkarlıq nümayiş etdirib.

15 yaşlı yeniyetmənin hərəkət etməsində ən yaxın köməkçiləri valideynləridir. Atası Ramil Əliyev qızının 9 aylığından bu günə qədər 14 dəfə əməliyyat keçirdiyini deyir. Bütün bu çətin və ağrılı mərhələlərə baxmayaraq, Nəcibənin təhsilə marağı azalmayıb.

Bir qardaşın yeganə bacısı olan Nəcibə Əlizadə 11-ci sinifdə maksimum nəticə göstərərək ali məktəbə qəbul olmağı arzulayır.
скачать dle 11.3
Mojo.az Banner