Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |     17:58 Hikmət Hacıyev: Ermənistanda revanşizm hallarının artmasından narahatıq  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan Premyer liqasında iki futbolçu 200-cü oyununu keçirib

18.05.2026 14:26 522
Azərbaycan Premyer liqasında iki futbolçu 200-cü oyununu keçirib
Misli Premyer Liqasının 32-ci turu "Kəpəz"in futbolçusu Ehtiram Şahverdiyev və "Sabah"ın yarımmüdafiəçisi Aleksey İsayev üçün əlamətdar olub.

Onlar Misli Premyer liqasında 200-cü oyunlarını keçiriblər.

Belə ki, E.Şahverdiyev üçün Yubiley "Araz-Naxçıvan"la səfər görüşünə (2:0) təsadüf edib.

O bu qarşılaşmalarda 6 qola imza atıb. Premyer Liqada 2015/16 mövsümündə "Qəbələ" forması ilə debüt edən Şahverdiyev dörd klubda çıxış edib.

Ehtiram "Kəpəz"də daha çox - 96 matça (üç qol) çıxıb. O, "Sumqayıt"da 43 (bir qol), "Qəbələ"də 35 (bir qol), "Turan Tovuz"da 26 (bir qol) dəfə meydana çıxıb.

A.İsayev isə 200-cü oyuna "Neftçi" ilə ev matçına (1:2) start heyətində çıxıb. Debütü 2018/19 mövsümündə "Sumqayıt" forması ilə gerçəkləşən Aleksey yubiley matçında qol sevinci də yaşayıb. Bu, yarımmüdafiəçinin 15-ci qolu olub.

O, Premyer Liqada üç klubun formasını geyinib. İsayev "Sabah"da 118 (14 qol), "Qarabağ"da 44 (bir qol), "Sumqayıt"da 38 dəfə şans qazanıb.

Son xəbərlər