Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Bricit Makron transgenderlərə münasibəti ilə bağlı yeni qalmaqalın mərkəzində

01.08.2025 13:24 1 026
Bricit Makron transgenderlərə münasibəti ilə bağlı yeni qalmaqalın mərkəzində
Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makron transgenderlərin diskriminasiyasında ittiham olunub.

Bu barədə "Liberation" qəzeti məlumat verib.

Nəşrin müəllifi qeyd edir ki, Bricit Makron özünü təqib olunmuş və təzyiqlərə məruz qalmış biri kimi hiss etsə də, seçdiyi hüquqi müdafiə strategiyası təkcə səmərəsiz deyil, həm də ziddiyyətli görünür:

"Çünki o öz adını təmizləməyə çalışarkən, bu şayiələrin əslində təhqiredici olduğu təsəvvürünü gücləndirir. Nəticədə isə transgender insanlara qarşı damğalanma və ayrı-seçkilik daha da dərinləşir".

Məqalə müəllifi hesab edir ki, Bricit Makron onun kişi kimi doğulduğunu iddia edən amerikalı jurnalist Kendis Ouensə qarşı məhkəməyə müraciət etməməli idi. Bunun əvəzinə, barələrində bənzər şayiələr yayılsa da, buna reaksiya verməyən şəxsləri - ABŞ-nin keçmiş prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obamanı, aktyor Corc Klunini, müğənni Ledi Qaqanı və aktyor Hyu Cekmanı nümunə götürməli idi.

Xatırladaq ki, Fransa prezidenti və həyat yoldaşı, amerikalı jurnalist Kendis Ouensin Bricitin cinsiyyəti ilə bağlı fikirlərinə görə məhkəməyə müraciət ediblər. Ouens isə Makronun iddiasına cavab olaraq prosesdə iştirak etməyə hazır olduğunu açıqlayıb.

Bundan əvvəl Fransada Bricitin kişi kimi doğulması barədə bəyanatlarına görə məhkum edilmiş jurnalist Nataşa Rey bəraət alıb. Məlumata görə, məhkəmənin bu qərarı Fransa birinci xanımını ruhdan salıb.скачать dle 11.3
Mojo.az Banner