Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:32 Süni intellekt 2030-cu ilədək dünya iqtisadiyyatına 22,3 trilyon dollar qazandıracaq | 21:25 Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI | 21:20 Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir? | 21:11 Kirayə mənzil götürənlər evlərini başqalarına verə bilərlər? | 21:06 Kürün taleyi təhlükədədir: Yayda quraqlıq, qışda daşqın olacaq | 20:54 Pensiyaların nə qədər artacağı bəlli oldu | 20:48 Arıqlama iynələri sizi tez qocaldacaq | 20:41 Azərbaycanda bu internetin aylıq qiyməti 2 min manat olacaq | 20:36 Röyanın 90 yaşlı fanatının sevgisi - VİDEO | 20:27 Bakıda X5 klinikaya çırpıldı | 20:22 Sosial şəbəkələrdə diqqət yarışı: İnsanlar nəyə möhtacdır? | 20:14 Qonşusuna kömək edirdi, faciəvi şəkildə öldü | 20:09 Alimlərdən xəbərdarlıq: Bu qidalar xərçəng riskini artırır | 20:03 Bakıda 12 yaşlı uşağın taleyi ilə bağlı qərar – Ana aliment ödəyəcək | 19:55 Tələbin borclunun qiymətli kağızlarına yönəldilməsi mexanizmi müəyyənləşib | 19:50 Kirayə, ərzaq, kommunal: 1000 manat maaşla pul yığmağın yolları | 19:42 10 059 ədəd bioloji aktiv qida məhsulu məhv edilib | 19:37 Bayram günlərində avtovağzallar gücləndirilmiş rejimdə çalışacaq | 19:30 Birinci kurs tələbəsi vəfat etdi | 19:26 Yeni qaydalar kredit almağı çətinləşdirəcək: Ən çox kimlər təsirlənəcək? |
Mojo.az Avto
Mojo.az Avto

Rusiyanın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırılıb

28.07.2025 22:29 1 230
Rusiyanın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırılıb
Rusiya gəmisinin Estoniyanın dəniz sərhədini pozması ilə əlaqədar bu ölkənin müvəqqəti işlər vəkili Lenar Salimullin Estoniyanın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bu barədə Estoniya XİN-in mətbuat xidməti məlumat yayıb.

"Estoniyanın dəniz sərhədinin pozulması ilə əlaqədar etiraz bildirmək və rəsmi nota təqdim etmək üçün Rusiya səfirliyinin müvəqqəti işlər vəkili bu gün Estoniya XİN-ə çağırılıb", - məlumatda qeyd olunub.

ERR teleradio şirkətinin Estoniya Müdafiə Qüvvələrinin Baş Qərargahına istinadən verdiyi məlumata görə, iyulun 26-sı səhər saatlarında Rusiyanın sərhəd gəmisi Vayndloo adasının şərqində Estoniyanın ərazi sularına daxil olub. Teleradio şirkəti iddia edir ki, gəmi yerli qanunvericiliyin tələb etdiyi kimi, bu ölkənin ərazi sularından dinc keçid həyata keçirməyi planlaşdırdığı barədə Estoniya XİN-i 48 saat əvvəl xəbərdar etməyib.

Son xəbərlər