Mojo.az — elanlar
Son Xəbərlər
14:20 Maşınınızı satmağa tələsməyin! Azərbaycanda avtomobillərlə bağlı nə baş verəcək?  |     14:10 İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib  |     14:07 Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək  |     14:05 Peyvənddən qorxanlara həkim XƏBƏRDARLIQ ETDİ  |     13:58 Azərbaycanda gömrük rüsumlarından daxilolmalar 49 milyon manat artacaq  |     13:51 Özəl liseylərdə təhsil haqqı niyə 50 min manata çatır? – AÇIQLAMA  |     13:35 Terrorun maliyyələşdirilməsinə qarşı mübarizə gücləndirilir  |     13:05 Korrupsiyaya görə tutulmuş vəzifəli şəxslər bir həftəyə azadlığa çıxırlar  |     13:00 Müdafiə büdcəsində dəyişiklik: Hərbi qüvvələrə ayrılan vəsait artır, xüsusi layihələrə xərclər azalır  |     12:54 Azərbaycan nefti bahalaşıb  |     12:53 Metroda "qırmızı xətt" üzrə qatarlar əvvəlki qaydada hərəkət edəcək  |     12:48 Azərbaycanda təhsilə ayrılan vəsait 5.1 milyard manata çatdırılır  |     12:43 Azərbaycanın dövlət büdcəsində kəsir artacaq  |     12:41 Xarici yardımlara ayrılan vəsaitin miqdarı xeyli artırılır  |     12:38 Koçaryanın oğlunun həbs müddəti daha iki ay uzadıldı  |     12:37 Yeni Kaledoniya və Fransız Polineziyasının futbolçuları Azərbaycana gəliblər  |     12:36 İcbari tibbi sığortaya ayrılan vəsait artırılır  |     12:33 Gəncədə 33 yaşlı kişini bıçaqla kürəyindən vurdular  |     12:30 Salyanda istixanada işləyən kişini elektrik cərəyanı vuraraq öldürdü  |     12:28 Gələn il dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq  |    
Mojo.az Avto
Mojo.az Avto

Yekaterinburqda həbs edilən azərbaycanlılar avtomobili yandırmaqda şübhəli bilinirlər - Video

09.07.2025 18:13 1 065
Yekaterinburqda həbs edilən azərbaycanlılar avtomobili yandırmaqda şübhəli bilinirlər - Video
Rusiyanın Yekaterinburq şəhərində əvvəlki illərdə qətl törətməkdə şübhəli bilinərək həbs edilən azərbaycanlı Səfərov qardaşlarının rəqibi olan sahibkarın avtomobilini yandırılmasında əlləri olduğu ehtimal edilir.

Bu barədə ura.ru saytına Rusiyanın təhlükəsizlik qüvvələrindəki mənbə məlumat verib.

Onun sözlərinə görə, hadisə 2020-ci il noyabrın 20-nə keçən gecə Kirov rayonunda baş verib. Kadrlardan da göründüyü kimi maskalı şəxslər "Toyota Land Cruiser" markalı avtomobili yandırıblar. Ertəsi gün polis Rusiya Cinayət Məcəlləsinin 167-ci maddəsinin 2-ci hissəsi (əmlakı qəsdən məhv etmə və ya zədələmə) ilə cinayət işi açıb.

"Polis şöbəsində zərərçəkmiş iş adamı dərhal bildirib ki, Səfərovların cinayətdə əli ola bilər. Onun onlarla uzun müddətdir münaqişəsi var. Daha əvvəl o, Səfərovların saxta spirtli içkilərin satışı ilə məşğul olduğu ehtimalı ilə onlardan şikayət edib", - agentliyin mənbəsi bildirib.

Dəyən ziyan 1.8 milyon rubldan çox olub (təxminən 39 min manat - red.). Lakin cinayət işinin üstünü açmaq hələ mümkün olmayıb. Həbsdə olan Səfərov qardaşlarının müdafiəçisi ilə əlaqə saxlamaq mümkün olmayıb.

Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Yekaterinburqda azərbaycanlılar kütləvi şəkildə həbs ediliblər. Ayaz, Akif, Məzahir, Kamal və Bəkir Səfərovlar, Əhliman Gənciyev, Şahin Lalayev və Əziz Abbasov həbs ediliblər. Onlar 2001-ci ildə ticarətçi Yunis Paşayevi öldürməkdə, 2010-cu ildə Fehruz adlı şəxsi öldürməyə cəhddə və 2011-ci ildə onu öldürməkdə şübhəli bilinirlər.

Son xəbərlər