Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi  |     17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA  |     17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi  |     17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək?  |     17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü  |     17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb  |     17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi  |     16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu  |     16:45 Məktəblilərin jurnalistlərə hücumu: Psixoloq problemin kökünə diqqət çəkdi  |     16:27 Bakıda idmançı məşq zamanı öldü  |     16:19 İlham Əliyev Bakıda finalçıları mükafatlandıracaq, Bayramov Azərbaycanı TDT sammitində təmsil edəcək  |     15:07 Rusiya ordusu Dneprdə elektrik qatarına zərbə endirdi - Ölənlər var  |     15:06 İspaniyada qatar faciəsində itkin düşən 60-dan çox insan tapılmır  |     14:55 Azərbaycana biri 757 manat olan 30 həşərat gətirilib  |     14:31 Milli Məclisin deputatları Atatürkün Bakıdakı abidəsini ziyarət ediblər - Foto  |     14:23 Azərbaycanın üç güləşçisi dünya çempionatında məğlub olub  |     13:53 Jurnalistləri döyən yeniyetmələri bu qədər həbs cəzası gözləyir – AÇIQLAMA  |     13:29 Ceyhun Bayramov Türkiyəyə səfər edib  |     13:24 Son hadisələrdən sonra məktəblərdə kişi müəllimlərin sayı artırılmalıdır – AÇIQLAMA  |     13:14 Bəzi sahələrə ƏDV tətbiq olunmayacaq  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda istirahət bahalaşır - Otellərdə qiymətlər

16.06.2025 23:03 765
Bakıda istirahət bahalaşır - Otellərdə qiymətlər
Yay mövsümünün başlanması ilə birlikdə Bakıda otel qiymətləri ciddi şəkildə artıb. Paytaxtda yerləşən otellərdə bir gün gecələmə qiymətləri 15 manatdan başlayaraq 1000 manata qədər yüksəlir. Qiymətlər otelin kateqoriyasından, yerləşdiyi ərazidən və təqdim olunan xidmət səviyyəsindən asılı olaraq dəyişir. Hazırda həm yerli, həm də xarici turistlərin ən çox üz tutduğu məkanlar arasında 5 ulduzlu otellər üstünlük təşkil edir. Lakin orta və aşağı büdcəli turistlər üçün də seçimlər mövcuddur.

Sfera.az adi hostellərdən tutmuş, ən bahalı, 5 ulduzlu, lüks otellərin qiymətini araşdırıb.

Ən yüksək qiymətə malik otellər sırasında "JW Marriott Absheron Baku” liderlik edir. Burada gecəlik qiymət təxminən 750 AZN-ə çatır.

"Fairmont Baku” (Flame Towers) isə hazırda 450 AZN civarında qiymətlə xidmət göstərir.

Son məlumatlara əsasən, "Hilton Baku” otelində isə 1 gecəlik qalma qiymətləri belədir:

- "King Room” (səhər yeməksiz) - 207 AZN;
- "Double Room”- 262 AZN;
- "Deluxe Room”-  302 AZN;

Qiymətlər mövsümə və tədbirlərə uyğun dəyişə bilir. Yay və tədbir dövrlərində, xüsusilə "Formula 1”, "COP29” və beynəlxalq konfranslar zamanı qiymətlər 2–4 dəfə artaraq 1000 AZN-ə qədər yüksəlir.

Lüks xidmət axtaranlar üçün "Port Baku Residence” və "Port Baku Hotel Apartments” artıq otel sektorunun özəl seqmentinə çevrilib. Rəsmi olaraq otel olmasa da, təklif etdiyi xidmətlər və komfort səviyyəsi ilə bəzən 5 ulduzlu otelləri belə geridə qoyur.

Burada da otaq qiymətləri bu cür dəyişir:

- 1 otaqlı  300–400 AZN;
- 2 otaqlı  450–600 AZN;
- 3 otaqlı  700–1000 AZN;

"Port Baku Hotel Apartments”da isə qiymətlər aşağıdakı kimidir:

- "Studio” 280–350 AZN;
- "1 Bedroom” 400–500 AZN;
- "2 Bedroom” 600–800 AZN;

Qiymətləri daha münasib olan otellər də turistlərin diqqətindədir.

Məsələn, otel nömrələri "Holiday Inn Baku”da 140–225 AZN, "Radisson Hotel Baku”da 155–185 AZN, "Mövenpick Winter Park Baku”da isə 170–205 AZN aralığındadır.

Bu otellər həm işgüzar səfərlərdə, həm də ailəvi istirahət üçün geniş istifadə olunur.

Büdcəsi az olanlar üçün isə paytaxtda aşağıdakı qiymətlərə uyğun məkanlar mövcuddur:

- "Travel Inn Hostel” 15–17 AZN;
- "Altus Hotel Baku” 24–30 AZN;
- "Grand Inn Baku” 70 AZN;
- "Sahil Hotel” 80–100 AZN;

Bu kateqoriyadakı otellər əsasən gənclər və səyahət edən turistlər üçün əlverişlidir.

Bəs qiymətləri dəyişən əsas faktorlar nələrdir?

İlk faktor mövsümdür, yayda qiymətlər artır, qışda enir. İkinci məsələ isə tədbirlərdir. Beynəlxalq tədbirlər zamanı qiymətlər yüksəlir. Rezervasiya vaxtı da qiymətlərə təsir edən nüanslardandır. Erkən sifariş zamanı daha aşağı qiymətlərlə xidmət əldə etmək mümkündür. 

Eləcə də həftəsonu qiymətləri adi günlərlə müqayisədə daha yüksək olur.

Bakıda qiymətlərə görə otel seçimi genişdir. Hər bir şəxs öz imkanlarına və məqsədilə uyğun olaraq otel və nömrələr seçə bilər.

Son xəbərlər