Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Alimlər milyonlarla insanın yaşadığı vulkanın altında iki maqma kamerası tapdı | 22:55 Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək | 22:46 Şagirdlərin elektron yerdəyişməsi prosesi başladı | 22:41 "Voyacer-1" Yerdən bir işıq günü uzaqlaşacaq - Siqnalın çatması 24 saat çəkəcək | 22:33 Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib | 22:28 "Zelenski Ukraynanı ətçəkən maşına çevirib" - Zaxarova | 22:20 4 tibb müəssisəsində qanun pozuntuları aşkarlandı - Rəhbərləri çıxarıla bilər | 22:14 Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər - Foto | 22:08 Azərbaycanda müəmmalı ölüm: İş adamının meyiti tapıldı | 22:02 Ölkədə əcnəbi tələbələrin təhsilinə daha çox pul ayrılacaq | 21:57 Avrozonada inflyasiya son üç ilin rekordunu qırdı | 21:49 Abituriyentlərə şad xəbər: Daha bir universitetdə hüquqşünaslıq və tibb ixtisasları açılacaq | 21:44 Rafael Nadal "Real Madrid"in rəhbərliyində yer ala bilər | 21:36 Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq | 21:32 Süni intellekt 2030-cu ilədək dünya iqtisadiyyatına 22,3 trilyon dollar qazandıracaq | 21:25 Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI | 21:20 Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir? | 21:11 Kirayə mənzil götürənlər evlərini başqalarına verə bilərlər? | 21:06 Kürün taleyi təhlükədədir: Yayda quraqlıq, qışda daşqın olacaq | 20:54 Pensiyaların nə qədər artacağı bəlli oldu |
Mojo.az Avto
Mojo.az Avto

Həbsdə planşet işlədən eks-vəzifəli şəxsin cəzası AZALDILDI

04.06.2025 12:25 888
Həbsdə planşet işlədən eks-vəzifəli şəxsin cəzası AZALDILDI
Bakı Apellyasiya Məhkəməsində cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyalar saxlamaqda təqsirləndirilən Qadir Quliyevin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.

Median.Az
Pravda.az-a istinadən xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilib, Qaradağ Rayon Məhkəməsinin hökmü dəyişdirilib, ona qəti olaraq 1 il 5 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

İttihama görə, Qadir Quliyev Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyi müddətdə məlum olmayan vaxtda və mənbədən qadağan olunmuş 1 ədəd "Samsung" markalı planşet, 1 ədəd "Apple Airpods" markalı naqilsiz qulaqcıq, 1 ədəd smart saat, 1 ədəd elektrik qidalandırıcısı, otaqdakı elektrik yuvasında olan 1 ədəd elektrik qidalandırıcısı, 1 ədəd "Nokıa WİFİ" markalı router və dolabda olan 1 litr həcmli şüşə butulkada spirtli içkini əldə edərək özündə saxlayıb. Ötən il saat 23:10-də Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə müəssisənin inzibati binasının yaxınlığında yerləşən təsərrüfat təyinatlı otaqda Penitensiar Xidmətin Əməliyyat-Rejim İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş qəfil axtarış-baxış tədbirləri nəticəsində ona məxsus yataq yerindən açıq aşkar şəraitdə saxladığı həmin əşyalar aşkar edilərək götürülüb.

Qaradağ Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 1 il 7 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsini, ona daha yüngül cəza təyin edilməsini xahiş etmişdi.

Qeyd edək ki, Qadir Quliyev Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq), 178.2.3, 178.2.4, 179.3.2-ci (mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinərək 4 il 4 a ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Son xəbərlər