Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Alimlər əsrlər boyu şarj edilmədən işləyə biləcək nüvə batareyası hazırlayıblar

27.03.2025 12:48 1 113
Alimlər əsrlər boyu şarj edilmədən işləyə biləcək nüvə batareyası hazırlayıblar
Cənubi Koreyada onilliklər və hətta yüzilliklər boyunca enerji təmin edə bilən yeni nüvə batareyası konsepsiyası hazırlanıb.

İxtira Koreya Elm və Texnologiya İnstitutunun alimlərinə aiddir. Onların araşdırmalarının nəticələri "The American Chemical Society" qurumunun saytında dərc olunub.

Bildirilir ki, texnologiya litium-ion batareyalarını əvəz etməyi hədəfləyir və xüsusilə dronlar, uzaqdan müşahidə sistemləri və tibbi implantlar üçün faydalı ola bilər.

Yeni batareyanın əsasını betavoltaika texnologiyası - beta-şüalanmasını elektrik enerjisinə çevirmə - təşkil edir. Alimlər bunun üçün karbon-14 radioaktiv izotopundan istifadə ediblər. Bu material ucuz, asan əldə edilə bilən və uzunmüddətli işləmə qabiliyyətinə malikdir.

Səmərəliliyi artırmaq üçün alimlər dioksid titan əsaslı yarımkeçirici təbəqə və rutenium əsaslı boya tətbiq ediblər. Bundan əlavə, karbon-14 həm anodda, həm də katodda istifadə edildiyindən enerji itkiləri azalıb və dönüşüm əmsalı 0,48%-dən 2,86%-ə qədər yüksəlib.

Hazırkı prototip hələ ki, enerjinin yalnız kiçik bir hissəsini çevirə bilir. Lakin alimlər hesab edirlər ki, daha optimal dizayn və inkişaf etmiş uducu materiallar sayəsində bu batareyaların məhsuldarlığı artırıla bilər.

Gələcəkdə belə uzunömürlü enerji mənbələri həmçinin ürək stimulyatorları və digər avtonom cihazlarda geniş istifadə oluna bilər.

Son xəbərlər