Mojo.az Banner
22:16 "Bu, müharibə olacaq": Putindən TƏCİLİ XƏBƏRDARLIQ  |     22:09 Bu şəxslərə əmək pensiyası xüsusi qaydada təyin olunur – AÇIQLAMA  |     22:01 Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb  |     21:57 İran və Oman Hörmüz boğazında gəmiçilik marşrutu ilə bağlı yekun razılaşma əldə edib  |     21:47 Telefondan çox istifadə edənlərin diqqətinə!  |     21:40 Dünyada yalnız bu üç nəfər pasportsuz gəzə bilir  |     21:32 Bakıda 23 yaşlı oğlan arvadını armaturla döydü - Kobud danışığa görə  |     21:26 Azərbaycanda nadir hadisə: Uşaq ananın qaraciyərindədir  |     21:18 Bakı İqlim Həftəsində 140-dan çox ölkədən 2 700 nümayəndə iştirak etdi  |     21:06 Bu bürclər üçün çətin dövr başlayır  |     20:52 Sinoptikdən anomal isti qış xəbərdarlığı  |     20:43 Hikmət Hacıyev: Kəlbəcər yenidən qurulur - VİDEO  |     20:30 İran və Oman arasında razılaşma Körfəz ölkələrinin XİN rəhbərlərinin iştirakı ilə elan olunacaq  |     20:21 Quba-Xınalıq yolu çökdü - VİDEO  |     20:12 Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı məlumatlar şəxsi kabinetlərinə göndərilib  |     20:05 Bakıda BMT-nin İqlim Həftəsində 140-dan çox ölkədən 2700 nümayəndə iştirak edib  |     19:59 Husilər Trampa mesaj göndərdilər: "ABŞ ilə vuruşmaq istəmirik"  |     19:47 İran və regional dövlətlər Hörmüz boğazını müzakirə edəcəklər  |     18:09 1-ci sinfə gecikən uşaqlar üçün elektron qəbul başlayır  |     18:03 İkinci əl telefon alarkən bu səhvi etməyin - XƏBƏRDARLIQ  |    
Mojo.az Avto
Mojo.az Avto

Ət niyə bahalaşdı? - Qəssablar yeni qiymətlərdən danışdılar (Video)

09.09.2025 12:16 1 296
Ət niyə bahalaşdı? - Qəssablar yeni qiymətlərdən danışdılar (Video)
Dünya ət bazarında qlobal böhran yaşanır. Bu səbəbdən qiymətlər yeni rekord həddə çatıb. Belə ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, 2025-ci ilin iyul ayında dünyada ətin qiyməti iyuna nisbətən 1,2 faiz, ötən ilin eyni ayı ilə müqayisədə isə 6 faiz artıb. Elə ölkəmizdə də bu məhsulun qiymətində müntəzəm olaraq yüksəlmə müşahidə edilir.

Azərbaycan kənd təsərrüfatı məhsullarının qiymət məlumat bazasında yer alan göstəricilərə görə, 2025-ci ilin sentyabr ayının ilk həftəsində "8-ci kilometr" bazarında mal ətinin bir kiloqramı orta hesabla 16 manat 75 qəpiyə, quzu əti isə 21 manat 75 qəpiyə satılıb.

Bir il əvvəl bu bazarda mal ətinin bir kiloqramının qiyməti 13 manat 75 qəpik, quzu əti isə 18 manat 25 qəpik təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə ət və ət məhsulları demək olar ki, hər ay bahalaşıb. İlin yanvar-iyul aylarında qiymətlər 2024-cü ilin eyni dövrünə nisbətən orta hesabla 6,8 faiz artıb.

İqtisadçı Xalid Kərimli hesab edir ki, qiymətlərin artmasına baxmayaraq, bahalaşmaya səbəb tələbatın azalmamasıdır:

"Artan qiymətləri əhali qarşılaya bilir. Alıcılıq qabiliyyətinin yüksəlməsi yeni bazar tarazlıqları formalaşdırır. Digər səbəb isə saxlanılan heyvanların sayındakı azalmadır. 2021-ci ilin yanvarında ölkədə 2 milyon 651 min baş iribuynuzlu heyvan vardısa, 2025-ci ilin iyulunda bu göstərici 7,4 faiz azalaraq 2 milyon 454 minə düşüb. Eyni dövrdə xırdabuynuzlu heyvanların sayı 8 milyon 90 mindən 15 faiz azalaraq 6 milyon 887 min başa enib".

Ekspert deyir ki, bundan başqa ölkəyə ət idxalının azalması və dəyərinin yüksəlməsi də qiymətlərə təsirsiz ötüşmür.

Ətraflı Baku TV-nin süjetində:скачать dle 11.3
Mojo.az Banner