Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Şirkətin 45 minini mənimsəyən şəxs məhkəmə zalından həbs olundu

09.09.2025 12:33 897
Şirkətin 45 minini mənimsəyən şəxs məhkəmə zalından həbs olundu
Quba Rayon Məhkəməsində mənimsəmədə təqsirləndirilən Kərim Nəbisoyun (adı, soyadı şərtidir) barəsindəki cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb.

Median.Az
Pravda.az-a istinadla xəbər verir ki, hakim Samir Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 2 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz olunub və Kərim Nəbisoy məhkəmə iclas zalında dərhal həbs edilib.

İttiham aktına əsasən, təqsirləndirilən Kərim Nəbisoy 6 iyul 2021-ci ildən 31 yanvar 2024-cü ilədək MMC-lərin birinin Quba filialında satış üzrə nümayəndə vəzifəsində işləyib. O, müqavilə və əmək müqaviləsinə əsasən onun vəzifələri arasında sifarişlərin qeydə alınması, vaxtında çatdırılmasına nəzarət edilməsi, satış məntəqələrində maddi vəsaitlərə cavabdehlik, müştərilərdən daxil olan pulların tam şəkildə şirkətin xəzinəsinə ödənilməsi kimi öhdəliklər olub.

Lakin Kərim bu səlahiyyətlərdən sui-istifadə edərək öz qulluq mövqeyindən şəxsi maraqları üçün istifadə edib. Belə ki, müştərilərin faktiki borc qalıqlarının yoxlanılması haqqında 31 dekabr 2023-cü il tarixli akta əsasən Kərim Nəbisoyun maddi məsuliyyət daşıdığı məbləğ 111 227.96 manat olub. Bundan əlavə, 1-31 yanvar 2024-cü il tarixlərində terminal vasitəsilə sifariş etdiyi malların dəyəri 3 165.73 manat təşkil edib.

Ümumilikdə, o, MMC-yə məxsus 114 393.69 manat məbləğində vəsaitə cavabdeh olduğu halda, anbara yalnız 8 603.54 manatlıq malı qaytarıb, satış nöqtələrində 42 467.99 manatlıq məhsul saxlanılıb, şirkət xəzinəsinə isə onun tərəfindən 7 058.95 manat, satış nöqtələri tərəfindən isə 10 521.92 manat ödəniş edilib. Həmçinin inventarizasiya zamanı 803.68 manatlıq mal geri qaytarılıb.

Nəticədə, bütün bu məbləğlər nəzərə alındıqda təqsirləndirilən şəxs MMC-yə məxsus 44 937.61 manat pul vəsaitini mənimsəyib. O, bu pulu şəxsi ehtiyaclarına sərf etməklə öz qulluq mövqeyindən istifadə edərək, vahid qəsdlə özgə əmlakını talayıb.

Son xəbərlər