Mojo.az Banner
11:52 25 min manata yaxın pul yığıb yol çəkdirdilər, üç gün sonra dağıldı - Sakinlərdən ŞİKAYƏT - VİDEO  |     11:30 İkiqat Azərbaycan çempionu VƏFAT ETDİ - FOTO  |     11:25 Göyçayda ana pilləkəndən yıxıldı, üçaylıq körpəsi öldü  |     11:19 Ağa Salamov "ağ yudu, qara sərdi" — "50-60 manata pendir olar?"  |     11:14 Bəzi yerlərə leysan yağır, güclü külək əsir - FAKTİKİ HAVA  |     23:00 Azərbaycanda 4 günlük iş həftəsi mümkündürmü?  |     22:49 İranda yanacaqdaşıyan maşının partlaması nəticəsində 10 nəfər ölüb  |     22:35 Bu bürclər üçün qeyri-adi günlər başlayır  |     22:26 Kəlbəcərdə avtomobil çaya düşüb, sürücü xəsarət alıb - (Foto)  |     22:18 İnsan saçı qalınlığındakı kristallar 454 milyon illik sirri açdı  |     22:11 ABŞ İranın 3 neft tankerini vurdu  |     22:05 Əməkdar həkim vəfat etdi  |     21:58 Türkiyəli müğənni Tuğba Ekinci saxlanıldı  |     21:52 Kremldə Putinlə Uitkoff və Kuşner arasında görüş başlayıb - VİDEO  |     21:41 Yəməndə baş verən toqquşmalarda 60-dan çox insan ölüb  |     21:32 Ən qonaqpərvər BÜRCLƏR  |     21:22 İranda neft tanker partlayıb, on nəfər ölüb  |     21:15 Türkiyəli müğənni Tuğba Ekinci saxlanıldı  |     20:59 Ayfon-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu  |     20:51 Premyer Liqa: "Sabah" "Zirə"ni darmadağın etdi  |    
Left Banner
Right Banner

Martin Ryanın məhkəməsində: Xüsusi xidmət orqanlarının əməkdaşlarının diplomat olduğunu düşünürdüm

08.09.2025 18:15 960
Martin Ryanın məhkəməsində: Xüsusi xidmət orqanlarının əməkdaşlarının diplomat olduğunu düşünürdüm
Fransaya casusluqda ittiham edilərək həbs olunan Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

"Report"un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Martin Ryan ifadə verib.

O, Fransa səfirliyinin əməkdaşları ilə əlaqələri barədə bildirib:

"Azad Məmmədli də onlarla gizli görüşməyib. Əgər bizim görüşlərimiz gizli olsaydı, görüş yerlərimiz də gizli olardı. Onlar mənə yaxınlaşanda agent olduqlarını deməyiblər. Sözügedən şəxslərin diplomat olduqlarını düşünürdüm".

Daha sonra digər təqsirləndirilən Azad Məmmədlinin ibtidai istintaqa verdiyi ifadəsi elan olunub. O, həmin ifadəsində deyib ki, 2016-2018-ci illərdə Fransada magistr təhsili alıb. Sonra Bakıda fransız dili kursuna gedib:

"Orada fransız dili müəllimim Z.M. idi. Kursu bitirdikdən sonra onunla təsadüfən bulvarda qarşılaşmışdıq. Z.M. həmin vaxt məni Martin Ryan ilə tanış etmişdi. Görüşən zaman Martinin Z.M.-lə şirkət yaratdığını öyrəndim. Bir müddət sonra Z.M. mənə Martinin yaşadığı evdə yığıncaq olduğunu, bu yığıncağa mənim də dəvət edildiyimi demişdi. Həmin yığıncaqda Frederik Devosla tanış oldum. Onunla Avropada necə iş tapa biləcəyim barədə söhbətimiz oldu".

Həmçinin Azad Məmmədli ibtidai istintaq zamanı deyib ki, Frederik Devos görüşlərin birində ondan Qırğızıstanda keçirilən Avrasiya İqtisadi Forumu haqqında soruşub.

"Onun əməkdaşlıq təklifini rədd etsəm də, mənə Fransa səfirliyinin keçirdiyi tədbirlərə qatılmağı təklif etmişdi. Görüşən zaman o mənə Rusiyada yaşayan azərbaycanlı iş adamları, həmçinin İranın Azərbaycandakı casus şəbəkələri, eləcə də "Hüseynçilər" barədə suallar vermişdi. Mən də onlar barədə bildiyim məlumatları danışmışdım", – deyə Azad Məmmədli bildirib.

O, ibtidai istintaq zamanı əlavə edib ki, tədbirlərin birində Fransa səfirliyinin əməkdaşı Loran Qrardla tanış olub. Daha sonra sözügedən şəxslə fərdi şəkildə görüşüb:

"Onunla görüşlərin birində sanitar qovşağına gedib qayıdanda stola bir qələm qoyduğunu gördüm. Loran bu qələmdə onun elektron poçtunun yazıldığını deyərək qələmi tez götürüb cibimə qoymağı bildirmişdi. Lakin mən buna etiraz etmişdim. Daha sonra o mənə "Siqnal" tətbiqi vasitəsilə əlaqə yaratmağı təklif etmişdi".

Prosesə ayrılan vaxt başa çatdığı üçün təqsirləndirlən şəxsin ibtidai istintaqa verdiyi ifadəsinin davamı oktyabrın 1-də keçiriləcək iclasda elan olunacaq.

Qeyd edək ki, təqsirləndirilən şəxslər 2023-cü il dekabrın 4-də həbs olunublar. DTX tərəfindən "Merkorama" MMC-nin baş direktoru olan Martin Ryana qarşı casusluq ittihamı irəli sürülüb.

İttihama görə Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan "persona non-grata" elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib.

Həmin cinayət işi üzrə Martin Ryanla yanaşı, Azərbaycan Respublikasının vətəndaşı Azad Məmmədlinin "dövlətə xəyanət" ittihamı ilə mühakimə olunacağı bəlli olub.

Məlum olduğu kimi, geniş casus şəbəkəsinin ifşasından və xidməti uğursuzluqlardan sonra 2023-cü il dekabr ayının 20-də Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emye həmin vəzifəsindən azad edilib.
скачать dle 11.3
Mojo.az Banner