Mojo.az Banner
18:49 Əflatun Amaşov qəza keçirdi - FOTO  |     18:40 Sumqayıtda xeyir-şər evlərinin fəaliyyəti dayandırılıb? - AÇIQLAMA  |     18:35 Çox təhlükəli virus dünyanı təhdid edir - Koronavirusdan daha ağırdır  |     18:29 Proqram təminatı ilə işləyən avtomobillərdə “tələ” - Video  |     18:22 "Paşinyan qalsa, mütləq müharibə olacaq" - Köçəryan  |     18:15 Ukrayna Moskvaya pilotsuz uçuş aparatları ilə hücum edib  |     18:00 Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti hərrac qiymətindən də BAHA SATILDI  |     17:58 Ermənistanda kilsə ilə bağlı KRİTİK QƏRAR  |     17:45 Göyçayda qamışlıq ərazidə yanğın  |     17:44 Biləsuvarda iki avtomobil TOQQUŞUB: Dörd yaralı var  |     17:16 Gübrə daşıyan yük maşını "Mercedes”in üzərinə aşdı - Video  |     17:01 Bir gecəyə 400-ə yaxın dron vuruldu  |     16:56 Bir elektromobilin orta qiyməti nə qədərdir?  |     16:54 Danimarkanın baş naziri İSTEFA VERDİ  |     16:27 Salah “Liverpul”dan ayrılır  |     16:14 Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 88 nəfər saxlanılıb  |     16:07 Azərbaycanın 7 universitetli beynəlxalq reytinqdə irəliləyib  |     16:05 Rusiya İrana Azərbaycan vasitəsilə humanitar yardım göndərir  |     16:04 DYP yağıntılı hava ilə bağlı xəbərdarlıq etdi  |     15:40 Qaxda restorandan meyit tapıldı  |    
Left Banner
Right Banner

Necə tez və effektli qərar verək? - Oxunmalı kitablar

24.02.2025 22:14 1 026
Necə tez və effektli qərar verək? - Oxunmalı kitablar
İşə qəbul vakansiyalarında ən çox olunan tələblərdən biri də tez və effektiv qərar qəbul etmə bacarığının olmasıdır. Fikir versək, güclü liderlərin çoxunda bu bacarıq var. Maraqlıdır, bu bacarıq iş həyatımıza necə təsir edir? Effektiv və cəld qərar verməyi necə bacaraq?

Valyuta.az sizin üçün qərar vermə bacarığının iş həyatımıza təsirini, tez və effektiv qərar vermək yollarını araşdırdı.

Qərar vermək iş həyatında müvəffəqiyyət üçün çox əhəmiyyətlidir. İş yerində verilən qərarlar həm təşkilatın ümumi iş performansını, həm də fərdi işçilərin motivasiyasına və məhsuldarlığına təsir edir. Demək ki, iş həyatında daha uğurlu olmaq üçün tez və effektiv qərar qəbul etməyi bacarmaq lazımdır. Qərarların tez verilməsi bəs etmir, eyni zamanda düzgün qərar vermək lazım olur. Çünki tez və düzgün verilən qərar məhsuldarlığın effektini artırır, işin daha sürətli və səmərəli aparılmasına kömək edir. İşçilər qərarları tez qəbul etdikdə, layihələr daha sürətli irəliləyir və iş yeri daha məhsuldar olur.

Düzgün qərar vermək liderlərin imkanlarını genişləndirir

Tez qərar vermə bacarığı liderlərin dəyişən bazar şərtlərinə və yeni imkanlara sürətlə uyğunlaşmalarını təmin edir. Bu, şirkətlərin bazar lideri olmasına və yeni imkanlardan yararlanmasına kömək edir. Beləliklə, qərar vermə prosesində doğru seçimlər etmək, riskləri əvvəlcədən görə bilmək və onlara qarşı hazırlıqlı olmaq işin gələcəyini təhlükəsiz edir. Düzgün qərar verən lideri olan işçilərin daha çox motivasiya olmasına səbəb olur. Çünki işçilər liderlərin qərarları açıq və səmərəli qəbul etdiyini görürlər, bu da onların işə olan bağlılığını artırır. Təsirsiz qərarlar isə gələcəkdə böyük problemlərə yol aça bilər.

Necə tez və effektiv qərar verə bilərik?

Tez və effektli qərar vermək üçün əvvəlcə hansı məsələnin daha vacib olduğunu müəyyənləşdirmək lazımdır. Prioritetləri təyin edərək daha sürətli qərar qəbul etmək olar. Hər bir qərarın işin hədəfləri ilə nə dərəcədə əlaqəli olduğunu müəyyənləşdirmək vacibdir. Qərar qəbul edərkən məqsədyönlü yanaşın. Hədəfləri müəyyən edin və qərarları bu hədəflərə uyğun olaraq qəbul edin. Çoxsaylı seçimlər arasında ən az riskli olanı tez seçmək ən doğrusudur. Tez qərar vermək üçünsə doğru məlumatlara sürətli şəkildə çatmaq ən əhəmiyyətli məlumatları toplayaraq sürətlə təhlil etmək və yalnız əsas məlumatları seçmək düzgün məlumatları seçmək lazımdır.

Təşviş yanlış qərarlar gətirir

Bəzi insanlar qərar qəbul edərkən təşvişə düşürlər. Bu isə düzgün qərar verməyi gecikdirə, ya da səhv qərar verməyə səbəb ola bilər. Lakin emosional vəziyyətə hakim olmaq vacibdir. Öz emosiyalarınızı idarə etməyi öyrənin, bu, daha soyuqqanlı qərarlar verməyə kömək edəcəkdir. Təzyiq altında olsa da, soyuqqanlı qalmağa çalışın və uzun müddətli nəticələri nəzərə alaraq qərar verin. Bəzi qərarlar təkbaşına vermək yerinə, komanda ilə müzakirə etmək daha doğru ola bilər. Çoxsaylı fikir və yanaşmalar, ən yaxşı qərarı tapmağa kömək edə bilər. Qərar vermə bacarığını təkmilləşdirmək üçün təcrübənizdən istifadə edin. Hər səhv, gələcəkdə daha sürətli və düzgün qərar qəbul etməyə kömək edəcəkdir.

Kitablar effektli qərar verməyə kömək edir

Tez və effektli qərar vermək üçün yazılmış bəzi kitablar var. Həmin kitabları oxuyaraq gələckdə daha tez və düzgün qərar verə bilən liderlərdən ola bilərsiniz. Məsələn, " Daniel Kahnemanın yazdığı “Thinking, Fast and Slow" kitabında insanların sürətli qərar vermə bacarığının zəif tərəfləri və necə yaxşılaşdırılacağı barədə geniş müzakirə aparılır. Rolf Dobellinin "The Art of Thinking Clearly" kitabı insanların qərar vermə zamanı qarşılaşdıqları ümumi təhrifləri və səhvləri izah edir. Kitab qərar vermə bacarığını inkişaf etdirmək istəyənlər üçün çox faydalıdır. Chip Heath, Dan Heathın "Decisive: How to Make Better Choices in Life and Work" kitabı qərar vermə prosesini daha yaxşı idarə etməyin yolları və insanların qarşılaşdığı qərar zəifliklərini aradan qaldırmaq üçün praktiki yanaşmalar təqdim edir.скачать dle 11.3
Mojo.az Banner