Prezident İlham Əliyev Bakıda metronun “Gənclik” stansiyasının yaxınlığında yaradılan yeni parkın açılışında iştirak edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:04 Əməkdar müəllimin ölkədən çıxışına "STOP" qoyuldu  |     13:03 Nehrəmdə enerji verilişində dörd gün fasilə yaranacaq  |     13:02 Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir  |     12:59 III MDB Oyunları ilə bağlı rəsmi gerisayım mərasimi keçirilib  |     12:59 Tovuzda avtomobil aşıb, bir ailənin dörd üzvü xəsarət alıb  |     12:57 Sabah Biləsuvarda 900-ə yaxın abonentin qazı kəsiləcək  |     12:56 Prezident təqaüdünün məbləği sentyabrın 1-dən ARTIRILDI  |     12:53 Ərdoğanla Paşinyan arasında baş tutan görüşün bəzi detalları məlum olub (Yenilənib)  |     12:50 Tələbələrə ŞAD XƏBƏR - Bu gündən təqaüdlərin məbləği ARTIRILDI  |     12:48 Yanğınsöndürən balonunda ölkəyə narkotik vasitə keçirmək istədilər  |     12:44 Balakəndə polis dağlarda əməliyyat keçirdi: Silahlı şəxslər tutuldu - Video  |     12:40 Güclü geomaqnit qasırğası Yerə yaxınlaşır  |     12:38 Bu gündən Azərbaycanda balıq ovuna icazə verilir  |     12:34 Bakıda evli kişi "xərçəng xəstəsiyəm" deyib sevgilisinə qarşı dələduzluq edib  |     12:09 Tanınmış reper Orxan Zeynallı ikinci dəfə evləndi - FOTO  |     12:06 Çində Ərdoğanla Putin arasında görüş başlayıb  |     12:00 Mərkəzi parkda ikiyaşlı uşaq kanalizasiya quyusuna düşdü  |     11:48 Bakıda 14 yaşlı yeniyetmənin XALASI tərəfindən ZORAKILIĞA məruz qaldığı iddia edilir - Video  |     11:22 Bu ərazilərdə qaz olmayacaq  |     11:10 Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək  |    

Prezident İlham Əliyev Bakıda metronun “Gənclik” stansiyasının yaxınlığında yaradılan yeni parkın açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda metronun “Gənclik” stansiyasının yaxınlığında “Antena” sahəsi adlanan ərazidə yeni yaradılan parkın açılışında iştirak ediblər.

Apa xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov yeni parkda yaradılan şərait barədə ətraflı məlumat verdi.

Paytaxtımızın daha da müasirləşdirilməsi, abadlaşdırılması istiqamətində görülən işlər yaşıllıq zolaqlarının və parkların salınması ilə paralel şəkildə davam etdirilir. Belə istirahət məkanlarından daha biri Azərbaycan Prezidentinin 2023-cü il 18 avqust və 2024-cü il 13 yanvar tarixli sərəncamlarına əsasən Nərimanov rayonunda - metronun “Gənclik” stansiyasının yaxınlığında, Vaqif prospekti, Ceyhun Hacıbəyli, Şəmsi Rəhimov və Nəsib bəy Yusifbəyli küçələrinin kəsişməsində salınan yeni parkdır.

Dövlətimizin başçısı və birinci xanım parkda yaradılan şəraitlə tanış oldular.

“Antena” sahəsi kimi tanınan bu ərazidə yararsız vəziyyətdə olan bəzi tikililər sökülüb. Söküntü işlərindən sonra parkın ərazisi daha da genişləndirilib və 19 hektara çatdırılıb.

Parkın ərazisindəki mövcud tarixi inzibati bina saxlanılıb və binada bərpa işləri aparılıb.

Yeni salınan parkda sakinlərin və qonaqların asudə vaxtlarının səmərəli təşkili üçün qısa müddətdə gözəl şərait yaradılıb. Belə ki, burada müasir tələblərə cavab verən iki restoran inşa olunub. Həmçinin burada fəvvarə də quraşdırılıb. Bu da istirahət məkanına əlavə gözəllik verir.

Müasir istirahət kompleksinin ərazisinin 14 hektarında yaşıllıq sahələri salınıb, 20 mindən çox ağac və kol əkilib. Parkda avtomat suvarma sistemi, su və yanğın çənləri, nasosxana, təhlükəsizlik müşahidə kameraları quraşdırılıb. Həmçinin işıqlandırma sistemi yeni layihə əsasında ən müasir standartlara uyğun şəkildə qurulub. Parkda piyada və velosiped yolları çəkilib, uşaq-əyləncə və açıq hava şəraitində müasir məşq qurğuları ilə təchiz edilmiş idman meydançaları yaradılıb.

Yeni parkla yaxınlıqdakı “Dədə Qorqud” parkını əlaqələndirən yeraltı keçid də inşa olunub. Bu da sakinlərin təhlükəsiz və rahat hərəkətinə şərait yaradır.
Son illər Azərbaycanın bütün regionlarında, o cümlədən Bakı şəhərində abadlıq və yenidənqurma işləri geniş vüsət alıb. Əhalinin rahatlığının və istirahətinin yüksək səviyyədə təşkili məqsədilə yeni parklar və çoxsaylı yaşıllıq zolaqları salınıb, mövcud park və xiyabanlar isə əsaslı şəkildə yenidən qurulub. Həyata keçirilən bu layihələr Bakının və regionların simasını dəyişməklə yanaşı, ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılmasında da mühüm rol oynayır.

Yeni istifadəyə verilən park da paytaxtımızın daha da gözəlləşməsi, şəhərdə yaşıl guşələrin sayının artırılması və insanların səmərəli istirahəti baxımından mühüm əhəmiyyət daşıyır.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            405 07.02.25 21:34