Mojo.az Banner
17:34 "Qarabağ" gözlənilən TRANSFERİ AÇIQLADI  |     17:29 Coratda dənizdə BOĞULANLAR VAR: BİRİ ÖLDÜ  |     17:16 Azərbaycanda LEYSAN VƏ SEL gözlənilir - XƏBƏRDARLIQ  |     17:06 "Qarabağ" - "Vestri" oyununun biletləri satışda  |     16:59 Ağdamda AĞIR QƏZA: 6 nəfər xəsarət aldı  |     16:31 Hərbi hissənin sabiq maliyyə işçisinə dələduzluğa görə HÖKM OXUNDU: Üç ay sonra azadlığa çıxacaq  |     15:22 Bakıda əvvəllər də adam öldürdüyünə görə həbsdə olan şəxs yenidən qətl törətdi  |     15:03 Vitrinlər boş, qapılar bağlı... - "20 Yanvar"da keçiddəki obyektlərin aqibəti necə olacaq? - Video  |     15:00 Pakistanda sərnişin avtobusu dərəyə düşdü: 40 nəfər öldü  |     14:59 Azərbaycandan tranzit keçməklə Ermənistana 980 tona yaxın buğda göndərilib  |     14:28 Bakıda qanunsuz torpaq satan 11 nəfərin işi məhkəməyə göndərildi  |     14:04 Gürcüstanda "Qırmızı Körpü" gömrük məntəqəsinin növbə rəisi həbs edildi  |     14:02 Bakıda 62 yaşlı kişi zəhərlənmədən öldü  |     13:15 Qızılın qiyməti 4200 dolları ötdü  |     12:59 "Arzum" niyə 5 il 2 ay müddətinə azadlıqdan məhrum edildi? - RƏSMİ AÇIQLAMA  |     12:27 Avtomobillərin intensiv hərəkət etdiyi yolda piyada keçidi yoxdur - Video  |     12:24 Leyla Əliyevanın doğum günüdür  |     12:17 Keçmiş şirkət rəhbəri Vüqar Əliyev həbs edildi - FOTO  |     11:49 İyunun qəribə havasının sirri açıldı: Təbiət, yoxsa insan?  |     11:44 İyun-iyul aylarında satılan qarpızlar sağlamlıq üçün risk yaradır?  |    
Left Banner
Right Banner

İlham Əliyev Monqolustan prezidenti ilə görüşdü - FOTO (YENİLƏNİB)

11.11.2024 12:41 2 958
İlham Əliyev Monqolustan prezidenti ilə görüşdü - FOTO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Monqolustan Prezidentini Bakıda görməkdən məmnunluğunu ifadə edərək, dəvəti qəbul edib COP29-da iştirak etdiyinə görə ona minnətdarlığını bildirib. Prezident İlham Əliyev bu görüşün Uxnaaqiyn Xurelsux ilə ilk görüş olduğunu deyərək bunun ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparmaq üçün yaxşı imkan yaratdığını vurğulayıb.

Dövlətimizin başçısı bundan əvvəl beynəlxalq tədbirlər çərçivəsində Uxnaaqiyn Xurelsux ilə təmaslarını məmnunluqla xatırlayaraq, Monqolustan Prezidenti vəzifəsində Azərbaycana ilk səfəri tarixi hadisə kimi dəyərləndirib.

Prezident İlham Əliyev ölkələrimiz arasında müxtəlif səviyyələrdə təmasların bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirib. Siyasi əlaqələrimizin çox yaxşı səviyyədə olduğunu deyən dövlətimizin başçısı iqtisadi sahədə də əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb.

Xoş sözlərə və COP29-da iştiraka dəvətə görə minnətdarlığını bildirən Monqolustan Prezidenti dövlətimizin başçısının dəvətini qəbul edərək Azərbaycana səfərindən böyük məmnunluğunu ifadə edib.

Monqolustan Prezidenti deyib ki, bu görüşü ikitərəfli əlaqələr üçün tarixi görüş hesab edir.

Qonaq ölkəmizin COP29-a ev sahibliyi və sədrlik etməsi münasibətilə təbriklərini çatdırıb.

Uxnaaqiyn Xurelsux da öz növbəsində Prezident İlham Əliyev ilə bundan əvvəl beynəlxalq səviyyəli tədbirlərdə təmaslarını məmnunluqla xatırlayıb.

Ölkələrimiz arasında 32 ildir diplomatik əlaqələrin qurulduğunu deyən qonaq Azərbaycan Prezidentini Monqolustana səfərə dəvət edib.

Monqolustan Prezidenti dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizdə gedən böyük inkişaf proseslərinin ona dərin təəssürat bağışladığını deyib. Uxnaaqiyn Xurelsux ölkələrimiz arasında tarixi yaxınlığın olduğunu da vurğulayıb. O, ölklələrimiz arasında ikitərəfli hüquq-müqavilə bazasının inkişaf etdirilməsinin önəminə toxunub.

Prezident İlham Əliyev Monqolustana səfərə dəvətə və COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı təbriklərə görə minnətdarlığını bildirib. Azərbaycan Prezidenti də öz növbəsində Monqolustan Prezidentinin rəhbərliyi ilə bu ölkənin inkişaf etdiyini vurğulayıb.

Söhbət zamanı ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığından məmnunluq ifadə olunub, xarici işlər nazirləri və digər aidiyyəti qurumlar səviyyəsində səfərlərin təşkili ilə bağlı təlimatlar verilib. Monqolustanda investisiya imkanları barədə fikir mübadiləsi aparılıb.

Görüşdə hökumətlərarası komissiyanın yaradılması, turizm, təhsil, kənd təsərrüfatı, o cümlədən heyvandarlıq sahələrində əməkdaşlığın perspektviləri müzakirə olunub.

* * * * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux ilə görüşüb.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.





скачать dle 11.3
Mojo.az Banner