Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Alimlər milyonlarla insanın yaşadığı vulkanın altında iki maqma kamerası tapdı | 22:55 Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək | 22:46 Şagirdlərin elektron yerdəyişməsi prosesi başladı | 22:41 "Voyacer-1" Yerdən bir işıq günü uzaqlaşacaq - Siqnalın çatması 24 saat çəkəcək | 22:33 Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib | 22:28 "Zelenski Ukraynanı ətçəkən maşına çevirib" - Zaxarova | 22:20 4 tibb müəssisəsində qanun pozuntuları aşkarlandı - Rəhbərləri çıxarıla bilər | 22:14 Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər - Foto | 22:08 Azərbaycanda müəmmalı ölüm: İş adamının meyiti tapıldı | 22:02 Ölkədə əcnəbi tələbələrin təhsilinə daha çox pul ayrılacaq | 21:57 Avrozonada inflyasiya son üç ilin rekordunu qırdı | 21:49 Abituriyentlərə şad xəbər: Daha bir universitetdə hüquqşünaslıq və tibb ixtisasları açılacaq | 21:44 Rafael Nadal "Real Madrid"in rəhbərliyində yer ala bilər | 21:36 Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq | 21:32 Süni intellekt 2030-cu ilədək dünya iqtisadiyyatına 22,3 trilyon dollar qazandıracaq | 21:25 Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI | 21:20 Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir? | 21:11 Kirayə mənzil götürənlər evlərini başqalarına verə bilərlər? | 21:06 Kürün taleyi təhlükədədir: Yayda quraqlıq, qışda daşqın olacaq | 20:54 Pensiyaların nə qədər artacağı bəlli oldu |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda yayılan virus nədir?

04.11.2024 21:34 915
Azərbaycanda yayılan virus nədir?
Son zamanlarda insanlar arasında yayılan virus təkcə qrip deyil. Çünki havaların soyuması özü ilə bərabər müxtəlif növ virusların yayılmasına da səbəb olur.

Bəs yeni yayılan virus nədir? Bundan necə qorunmaq olar?

İnfeksionist Təyyar Eyvazov lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, ilboyu müxtəlif infeksion xəstəliklərə rast gəlinir.

Onun sözlərinə görə, hazırda əhali arasında arabir hərarətin yüksəlməsi, ümumi zəiflik, baş və əzələ ağrıları, yuxarı tənəffüs yollarının zədələnməsi əlamətləri olan öskürək, boğaz ağrısı, burun axması və ya tutulması kimi, bəzən isə ürəkbulanma, qusma, qarın işləməsi kimi hallar müşahidə edilir:

"Bunlara səbəb əsasən müxtəlif virus infeksiyalarıdır. Kəskin respirator virus infeksiyalarından adenoviruslar təkcə tənəffüs yollarını deyil, mədə-bağırsaq sistemini də zədələyə bilir, eyni zamanda hər iki sistemin zədələnmə əlamətləri ilə müşayiət olunan rotavirus, hava-damcı və təmas ilə daha çox yayılan enterovirusları da yaddan çıxarmaq olmaz. Bu infeksiyalar əsasən yüngül, əksər hallarda fəsadsız keçir, qısa müddətdə sağalır".

İnfeksionist bildirib ki, bu hallardan özümüzü qorumaq üçün xəstəlik əlamətləri olan şəxslərlə yaxın təmasdan çəkinməli və əl gigiyenası qaydalarına əməl etməliyik:

"Qripə qarşı həssas əhali qruplarının vaksinasiyası tövsiyə olunur".

Son xəbərlər