Mojo.az Banner
23:02 Avtobuslarda məhz buna görə əks istiqamətli oturacaqlar var imiş  |     22:57 Motosikletlə “Mercedes” toqquşdu - Kuryer xəsarət aldı  |     22:50 Azərbaycanda yetişir, amma ən çox fransızlar yeyir  |     22:45 418 taksi sürücüsü imtahandan kəsildi  |     22:37 İmişlidə FACİƏ: Velosiped sürən beş yaşlı uşaq traktorun altında qalaraq öldü  |     22:32 Pirşağıda 16 yaşlı yeniyetmə dənizdə itkin düşüb  |     22:25 Bakı-Tbilisi-Bakı üzrə əlavə qatarlar niyə artırılmır?  |     22:19 Paytaxtın bu ərazilərində qaz olmayacaq  |     22:13 Matviyenko: "Ermənistana səfərlər rusiyalılar üçün təhlükəli ola bilər"  |     22:05 Saxta spirtli içkilər niyə korluğa səbəb olur?  |     21:57 Poverbankla bağlı xəbərdarlıq: Hansı hallarda təhlükəlidir? - Video  |     21:54 Rusiyaya pul göndərənlərin NƏZƏRİNƏ: AMB-dən mühüm açıqlama  |     21:43 6 milyon yükləmə: İstifadəçilər niyə "Google Xəritələr" əvəzinə bu naviqatora keçirlər?  |     21:36 Son 15 ildə AÇG yatağından nə qədər neft hasil olunub? - İllər üzrə hasilat  |     21:30 Zelenski Ceyhun Bayramovu belə qəbul etdi - VİDEO  |     21:22 Erkən yaşda sosial mediadan istifadə uşaqların imtahan nəticələrinə necə təsir edir?  |     21:17 Beynəlxalq təcrübədə kartdan-karta limitləri - Praktika nə deyir?  |     21:09 COVID-19 orqanizmdəki gizli virusları aktivləşdirə bilər  |     21:04 Azərbaycanda əhalinin neçə faizi ali təhsillidir? - RƏQƏMLƏR  |     20:55 Azərbaycan və Ukrayna arasında dialoq müzakirə olundu  |    
Left Banner
Right Banner

Bakıda qrip HƏYƏCANI - Həkim danışdı

30.09.2019 21:17 1 891
Bakıda qrip HƏYƏCANI - Həkim danışdı
Son günlər Bakıda insanlar arasında respirator virus xəstəliyi yayılıb. Xəstəlikdən əziyyət çəkənlər, öskürək, burun axması və boğaz ağrısından şikayət edir.

Bəs bu xəstəliyin səbəbi nədir? Bundan qorunmaq üçün nələrə diqqət etməliyik?

Mövzu ilə bağlı lent.az-a danışan infeksionist həkim Sakit Hümbətov bildirib ki, hazırda xüsusi bir virus xəstəliyi yoxdur: “Havanın kəskin soyuması ilə əlaqədar bədən temperaturu soyuğa uyğunlaşa bilmir. Buna görə də havanın dəyişməsi insanlarda soyuqdəymə, qrip simptomları ilə müşahidə oluna bilər”.

S.Hümbətovun sözlərinə görə, belə havalarda qidalanmaya diqqət etmək vacibdir: “Bu havada isti maye və immun sistemini gücləndirən qidalar qəbul etmək lazımdır. Bundan başqa, otaqlarda temperatur tənzimlənməli və isti paltar geyinilməlidir”.

Terapevt Coşqun Məmmədli isə saytımıza bildirib ki, havaların soyuması ilə əlaqədar bir çox infeksiyalar baş qaldırır: “Soyuq hava şəraiti angina, bronxial-asma və digər xəstəliklərin inkişafına şərait yaradır.Tibdə 220-ə yaxın qripə bənzər xəstəlik törədən virus növü bilinir. Bunlardan ikisi qripə yoluxdurur, digərləri isə qripə bənzər simptomlar yaradır. Qripə bənzər infeksiyalar yuxarı və aşağı tənəffüs yollarının virus infeksiyalarıdır. Bu infeksiyalar, adətən hava-damcı yolu ilə orqanizmə daxil olur və əsasən burun yolundan daxil olduğu üçün, yuxarı tənəffüs yollarında problem yaradır. Belə ki, boğazda qıcıqlanma, burunun tutulması, axması və s. kimi hallarla müşahidə edilir. Bu zaman burundan geri axan axıntı aşağı tənəffüs yollarına da keçmiş olur. Bu da tədricən bronxları zədələyir. Bir sözlə, qrip virusu yuxarı tənəffüs yollarından başlayaraq, aşağı tənəffüs yollarına qədər gedib çıxır və qana sovrularaq bütün bədənə yayılır. Bununla da iltihab prosesləri sürətlənir və mədə-bağırsaq sistemi xəstəlikləri baş qaldırır”.

Xatırladaq ki, 1 həftə əvvəl Səhiyyə Nazirliyi ölkədə respirator virus infeksiyalarına yoluxma ilə bağlı son vəziyyəti açıqlayıb. Bildirilib ki, hər il olduğu kimi bu il də payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyaları üzərində epidemioloji monitorinq aparılır.

Bundan başqa, hazırda Azərbaycanda kəskin respirator virus infeksiyaları və qriplə bağlı epidemioloji vəziyyət sabitdir. Mövsüm dəyişikliyi ilə əlaqədar tək-tək hallarda kəskin respirator virus infeksiyaları müşahidə edilir, ancaq yoluxma sayında artım yoxdur.
скачать dle 11.3
Mojo.az Banner