Mojo.az Banner
SON DƏQİQƏ
22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |     18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |     18:39 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Hazırda Azərbaycanda kütləvi yayılan yeni virus NƏDİR?

07.09.2024 16:39 2 412
Hazırda Azərbaycanda kütləvi yayılan yeni virus NƏDİR?
Son günlər əhali arasında kəskin baş-boğaz ağrısı, qızdırma, ürəkbulanma ilə müşahidə edilən xəstəlik yayılıb. Bu xəstəliyə həm uşaqlarda, həm də böyüklərdə rast gəlinir. Qrip simptomlarına bənzəsə də, sağalma müddətinə, sürətli yayılmasına görə fərqlənir. Virusa yoluxanların iddiasına görə, qripin müalicəsində istifadə olunan dərmanlar heç biri effektiv nəticə vermir. Bir çox insanlar günlərlə yataqdan qalxa bilmir, halsızlıq və yüksək qızdırmadan əziyyət çəkir.

Ənənəvi qripdən fərqli olaraq insanlar yalnız həkimin təyin etdiyi və ya xəstəxanada müalicədən sonra sağala bilirlər.

Bəziləri bunun COVID-19 virusunun mutasiyaya uğramış yeni variantının olduğunu da iddia edirlər.

Bəs bu virus nədir?

Mövzu ilə bağlı Bizim.media-ya danışan infeksionist Vasif Əliyev deyib ki, bu cür simptomlara səbəb olan yüzlərlə virus ola bilər:

"Hər bir insanda fərqli viruslar səbəbindən bu cür xəstəlik yarana bilər. Bu əlamətlər qripdə, koronavirusda, adenovirusda və bir çox virusda ola bilər. Həmçinin ölkədə konkret olaraq ciddi bir epidemik hal olmadığına görə hər birinə bağlı ola bilər. Yəni konkret bir virusa bağlamaq olmaz, hər biri eyni əlamətləri yarada bilər".скачать dle 11.3

Son xəbərlər