Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:56 Mənzildə istilik borusuna müdaxilə edənlər nə qədər cərimələnə bilər? | 17:50 Hövsan–Türkan yolunda hərəkət məhdudlaşdırılacaq | 17:36 İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı | 17:21 Son iki ildə dünyada 189 jurnalist öldürülüb | 17:17 İrandan Azərbaycana 136 kq narkotikin keçirilməsinin qarşısı alındı | 17:10 Anasının evinə basqın edərək onu döyən "xeyriyyəçi" saxlanıldı - Anbaan video | 16:53 Ermənistanın ədliyyə naziri: "Qarabağı birləşdirmək kimi bir məqsədimiz yoxdur" | 16:15 Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular | 16:10 "Vəzifəli şəxs" masaj salonunun sahibəsini şantaj etdi, aylıq "haqq" aldı | 15:59 Ölümlə nəticələn qəzaya görə Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq | 15:52 Nisyə mal satanların diqqətinə: Yeni qərar qüvvəyə minəcək | 14:47 Uşaqlarını internata qoyub evə qayıtdı, arvadını bıçaqladı - Xaçmazdakı cinayətin təfərrüatı | 14:41 Noyabrın ən şanslı bürcləri bəlli oldu – Kimləri uğur gözləyir? | 14:27 Noyabrda ardıcıl 4 gün iş olmayacaq | 14:13 Green Card arzusu niyə yarımçıq qalır? – Trampın miqrasiya siyasətinin pərdəarxası | 14:00 Jurnalistlərlə bağlı hadisələrin arxasında hansı səbəblər dayanır? – Açıqlama | 13:54 Ceyranbatan gölündə meyit tapılması xəbəri ilə bağlı AÇIQLAMA | 13:36 Binədə törədilən qətllə bağlı ailənin azyaşlı övladı: "Atam dedi ki, əgər burada qalmasanız, sizin üçün yaxşı olmayacaq" | 13:26 Universitet və kolleclərdə vahid geyim forması tətbiq olunacaq? | 13:09 Çimnaz Sultanovanın əsl ölüm səbəbi ilə bağlı yeni iddia |
Mojo.az Avto
Mojo.az Avto

"TikTok"da 181 nəfəri aldadıb pullarını taladı: Rəsmi maaş da verirmiş

18.10.2024 18:19 945
"TikTok" sosial şəbəkəsində 181 nəfəri aldadaraq onları dənizçi kimi işə düzəltmək adı ilə külli miqdarda pulunu mənimsəyən, əvvəllər məhkum olunmuş Toğrul Kərimovun cinayət işinin məhkəmə baxışı keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə şahid və zərərçəkənlərin ifadələri dinlənilib.

Şahid Nigar Fəxrəddinli məhkəmədə bildirib ki, Toğrul Kərimovun tabeçiliyində ofisdə çalışıb:

"Mən sosial şəbəkədə iş axtarmaq məqsədilə elan paylaşmışdım. Toğrul müəllim məni ofisə dəvət etdi. Məni köməkçisi qarşıladı, katibə işini təklif etdi. Yazı-pozu işi ilə məşğul olurdum. Elanla gələn müştəriləri qəbul edib, məlumatlarını toplayırdım. Mənə rəsmi olaraq 700 manat maaş verirdi. Demişdi ki, dənizdə işləməklə bağlı elan paylaşmışıq, ona görə gələnlər olacaq, onları qəbul etmək lazımdır. Orada işlədiyim müddətdə insanlardan müxtəlif məbləğlərdə pul alıb Toğrul müəllimə vermişəm".

Zərərçəkən Famil Cəfərov ehtiyatda olan zabit olduğunu bildirib:

"Dostum dedi ki, Nərimanovda belə bir iş var. Yaxınlaşdım ofisə, dedilər ki, sertifikat alacaqsan. Ona görə də 430 manat ödədim, sonra dedilər ki, iclas olacaq, deyərik, gələrsiniz. Sonra çağırmadılar. Dedilər ki, bunlarla bağlı narazılıqlar var. Ondan sonra bildim ki, məni aldadıblar.

Digər zərərçəkən Samir Bəhramov bildirib ki, iş barədə ona qonşusu deyib:

"Getdim ofisə, Arzu xanımla görüşdüm. Mən oraya ilməkçi işinə getmişdim. Orada dedilər ki, səni mexanik kimi götürə bilərik. Dedilər ki, sənə sertifikat lazımdır. Buna görə məndən 330 manat pul istədilər, mən də verdim. Sonra basa düşdüm ki, bunlar məni aldadıblar".

Zərərçəkən Ramin Məmmədov da Toğrul Kərimovu sosial şəbəkələrdən tanıdığını qeyd edib. Ofisə gedərək orada işçi olan Ülviyyə xanıma özü və həyat yoldaşının işə qəbul olunması üçün 760 manat verib.

Təqsirləndirilən Toğrul Kərimov isə zərərçəkənlərin heç biri ilə pul sövdələşməsi etmədiyini deyərək, ittihamları qəbul etməyib.

Qeyd edək ki, "TikTok" sosial şəbəkəsində vətəndaşların pul vəsaitlərinin "yüksəkmaaşlı iş" və digər adlar altında yerləşdirilən şirnikləndirici elanlarla aldadılaraq ələ keçirilməsi barədə polisə çoxsaylı müraciətlər daxil olub.

Aparılan araşdırmalarla bu tipli talama əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş paytaxt sakini, 1986-cı il təvəllüdlü Toğrul Kərimov Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. T.Kərimovun sosial şəbəkələrdə özünü Türkiyədə dənizçilik fəaliyyəti ilə məşğul olan iri şirkətlərdən birinin Bakı nümayəndəsi kimi təqdim etdiyi məlum olub. O, zərərçəkənləri şirkətdə yüksəkgəlirli işlə təmin edəcəyini vəd edərək bu üsulla 181 şəxsin pul vəsaitlərini ələ keçirməklə dələduzluq edib. T.Kərimovun barəsində Cinayət Məcəlləsinin "Dələduzluq" maddəsi ilə cinayət işi açılaraq həbs qətimkan tədbiri görülüb. Toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Son xəbərlər