Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 22:46 Orbanın qardaşı saxlanıldı | 22:35 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var | 22:26 Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi | 22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb | 19:22 ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək |
Mojo.az Avto
Mojo.az Avto

181 nəfərin "TikTok"da mənimsənilən pullarının bir qismi məhkəmə prosesində qaytarıldı

21.04.2025 11:52 849
181 nəfərin
"TikTok" sosial şəbəkəsində 181 nəfəri aldadaraq onları dənizçi kimi işə düzəltmək adı ilə külli miqdarda pulunu mənimsəyən, əvvəllər məhkum olunmuş Toğrul Kərimovun cinayət işinin məhkəmə baxışı keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmə istintaqında araşdırılan cinayət işinin yekun mərhələsində zərərçəkənlərə dəymiş maddi zərər təqsirləndirilən tərəfindən ödənilməyə başlanılıb.

Proses zamanı təqsirləndirilən Toğrul Kərimovun yeni vəkili Ülvi Məmmədov tərəfindən ilk mərhələdə az məbləğdə zərər görmüş zərərçəkənlərin pulu qaytarılıb. Cinayət işi üzrə 52 nəfər zərərçəkəndən 10 nəfərinə ümumilikdə 2 300 AZN ödənilib. Zərərləri ödənilən şikayətçilər məhkəməyə ərizə yazaraq təqsirləndiriləndən şikayətçi olmadıqlarını bildiriblər.

Zərərçəkənlərə dəymiş zərərin ödənilməsi pulunu ala bilməyən digər şəxslərin narazılığına səbəb olsa da, prosesə sədrlik edən hakim Vüqar Quliyevin müdaxiləsi ilə onlar sakitləşdirilib. Yekun prosesədək onların da zərərlərinin ödənilməsinə təqsirləndirilənin vəkili tərəfindən söz verilib.

Qeyd edək ki, "TikTok" sosial şəbəkəsində "yüksəkmaaşlı iş" və digər adlar altında yerləşdirilən şirnikləndirici elanlarla vətəndaşların pul vəsaitlərinin aldadılaraq ələ keçirilməsi barədə polisə çoxsaylı müraciətlər daxil olub.

Aparılan araşdırmalarla bu tipli talama əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş paytaxt sakini, 1986-cı il təvəllüdlü Toğrul Kərimov Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. T.Kərimovun sosial şəbəkələrdə özünü Türkiyədə dənizçilik fəaliyyəti ilə məşğul olan iri şirkətlərdən birinin Bakı nümayəndəsi kimi təqdim etdiyi məlum olub. O, zərərçəkənlərə şirkətdə yüksəkgəlirli işlə təmin edəcəyini vəd edərək bu üsulla 181 şəxsin pul vəsaitlərini ələ keçirməklə dələduzluq edib. T.Kərimovun barəsində Cinayət Məcəlləsinin "Dələduzluq" maddəsi ilə cinayət işi açılaraq həbs qətimkan tədbiri görülüb. Toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
//oxu.az

Son xəbərlər