Mojo.az Banner
12:39 Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı  |     12:39 Bu işlərdə çalışanların ödündə daş yaranır  |     12:37 Ölkədə inflyasiya ilə bağlı son rəqəmlər açıqlandı  |     12:36 Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb  |     12:35 Doğulan və ölənlərin sayı açıqlandı  |     12:34 Əhalinin gəlirləri artıb - Foto  |     12:32 Tanınmış şirkətdə milyonyarımlıq yeyinti: Həbs edilən var  |     12:30 Azərbaycanda ortaaylıq əməkhaqqı artıb - Foto  |     12:29 Paşinyan: "Ermənistan və Azərbaycan arasında sülh reallaşmış bir faktdır"  |     12:26 Xaçmazda mağazada yanğın - Hadisə yerindən görüntülər (Video)  |     12:26 Ağır cinayətlərin sifarişçisi olan "Dəyirman Vahid"ə hökm oxundu  |     12:21 Hörmüz boğazında neft tankerləri minaya düşdü  |     12:06 Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video  |     11:49 Borca görə həbs oluna bilərsiniz – AÇIQLAMA  |     11:47 Nikol Paşinyan Azərbaycanla sülh prosesində Almatı Bəyannaməsinin rolundan danışıb  |     11:46 Özbəkistan 2027-ci ildə MDB-yə sədrlik edəcək  |     11:25 Paşinyan səhərini Azərbaycan dilində mahnı ilə açdı - Video  |     11:23 Azərbaycan neftinin qiyməti 133 dolları keçdi  |     11:14 Bakıda bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib  |     11:12 Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq  |    
Mojo.az Avto
Mojo.az Avto

Zərərçəkən Tağı İbrahimovla barışmır?

10.09.2025 18:26 516
Zərərçəkən Tağı İbrahimovla barışmır?
Bakının Binəqədi rayonundakı "Bakı Ağac Emalı" ASC-nin ərazisində baş verən partlayışla bağlı təqsirləndirilən Tağı İbrahimov və Toğrul Rzayevin cinayət işinin növbəti məhkəmə baxışı keçirilib.

Oxu.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmir Rüstəmovun sədrliyi ilə baş tutan iclasda zərərçəkənlərlə təqsirləndirilənlər arasında imzalanmış bir neçə barışıq sazişlərinin məhkəməyə daxil olunması elan edilib.

Məhkəməyə daxil olan barışıq ərizələrinin elanı zamanı bəlli olub ki, təqsirləndirilən şəxslər zərərçəkənlərə dəymiş zərərin ödənilməsində əhəmiyyətli addımlar atıblar.

Hadisə zamanı dünyasını dəyişən şəxslərdən birinin hüquqi varisi Adil Rüstəmov iclasda təqsirləndirilən şəxslə barışmadığını bildirib.

Buna münasibət bildirən Tağı İbrahimov hüquqi varisə ölən oğlunun iki yaşlı övladının 18 yaşınadək hər ay 500 azn verməyə hazır olduğunu deyib. Hüquqi varis isə onunla razılaşmadığını bildirib.

Bir neçə şahidin iclasda iştirak edmədən ifadələri elan edilib.

Prosesdə dindirilməsi zəruri olan sonuncu iki şahidin ifadələri sentyabrın 24-nə təyin olunmuş növbəti iclasda alınacaq.

Qeyd edək ki, ibtidai istintaqla ASC-nin faktiki sahibi, 1962-ci il təvəllüdlü Tağı İbrahimov və ASC-də inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən, 1992-ci il təvəllüdlü Toğrul Rzayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxslər kimi, bu qaydaları ehtiyatsızlıqdan pozaraq 10 nəfərin ölümünə, 23 nəfərin isə xəsarət almasına, habelə ASC-nin ərazisində olan əmlaklara və təbiətə maddi ziyan vurmaqla digər ağır nəticələrə səbəb olmaları, həmçinin Tağı İbrahimovun xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Tağı İbrahimova Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə, Toğrul Rzayevə isə həmin məcəllənin 225.3-cü maddəsi ilə yekun ittiham elan edilib, onların hər ikisi barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.скачать dle 11.3
Mojo.az Banner