Mojo.az Banner
12:58 Qubada hamilə qadın xəstəxanada ölüb - RƏSMİ AÇIQLAMA  |     12:57 Bakıda və bəzi rayonlarda külək güclənir - FAKTİKİ HAVA  |     12:56 Göyçayda 36 yaşlı kişi BIÇAQLANDI  |     12:47 Daun sindromu niyə artır? — Həkimdən xəbərdarlıq  |     12:36 Azərbaycan nefti BAHALAŞDI  |     12:29 Bakıda məşhur hoteldə YANĞIN: Qonaqlar təxliyə edildilər - Video  |     12:25 Aliment ödəyən valideynlər üçün vacib xəbər: Pul uşağın hesabına köçürülə bilər - Video  |     11:46 Messi DÇ yarımfinalında meydana çıxan ən yaşlı meydan oyunçusu oldu  |     11:44 Aİ Ukrayna üçün PUA istehsal edəcək zavodlara 10 milyard avro yatıracaq  |     11:43 MİQ imtahanında texniki problem: Namizədlər üçün yeni tarix müəyyən edildi  |     11:32 "Sən yaşamamalısan!" - Bakıda mağazada səkkiz bıçaq zərbəsi alan qadın dəhşətli anları danışdı  |     11:29 Sürücülərin NƏZƏRİNƏ: Bakının beş küçəsində təmir işləri başlayır  |     11:27 Ceyhun Bayramov Rusiyaya rəsmi səfərə yola düşüb  |     11:20 Dünya birjalarında neft üçgünlük artımdan sonra UCUZLAŞDI  |     23:01 Arvadını döyməkdə şübhəli bilinən şəxs tutuldu  |     22:53 Xocalıda ayı həyətə girib, yeyib-içdi  |     22:52 Bakıdakı döyüşdə uduzan idmançı karyerasını bitirdi  |     22:36 ÇL-də mərhələ adlayan ilk 10 komanda  |     22:33 Rusiyalı tanınmış aparıcı həbs oluna bilər  |     21:30 Səlim Abbasovun evində yanğın oldu - VİDEO  |    
Left Banner
Right Banner

Binəqədidə 10 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı məhkəmədə: Bir milyon manat təzminat istəyirəm

12.09.2024 21:23 840
Binəqədidə 10 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı məhkəmədə: Bir milyon manat təzminat istəyirəm
Bakının Binəqədi rayonunda bu il yanvarın 15-də “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisində yerləşən mebel emalatxanalarında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışda təqsirli bilinən Tağı İbrahimov və Toğrul Rzayevin məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən məhkəmə iclasında ittiham aktı elan edilib.

T.İbrahimov və T.Rzayev özlərini təqsirli bilməyiblər.

Onların müdafiəçiləri müraciət edib ki, müvəkilləri özlərini təqsirli bilmədiyi üçün ilk olaraq zərərçəkənlər dindirilsin.

Məhkəmə sözügedən müraciəti qəbul edərək zərərçəkənləri və onların hüquqi varislərinin dindirilməsi barədə qərar qəbul edib.

Hadisə zamanı həlak olan Adil Rüstəmovun hüquqi varisi-atası Aydın Rüstəmov məhkəmədə mülki iddia qaldırıb. O, iddiasında təqsirləndirilən şəxslərdən onlara dəyən maddi və mənəvi ziyanın ödənilməsini tələb edib.

"Oğlum zavodda Səyyar Ələsgərov adlı şəxsin obyektində qeyri-rəsmi işləyib. Amma faktiki olaraq zavodda yanğın təhlükəsizliyi ilə bağlı cavabdeh təqsirləndirilən şəxslər olub. Mən onlardan bir milyon manat təzminat istəyirəm", - o deyib.

A.Rüstəmov ifadəsində onu da qeyd edib ki, məsələ ilə bağlı tərəflərlə ünsiyyətdə olub, lakin onların təklif etdiyi onu qane etməyib.

Məhkəmənin növbəti iclası oktyabrın üçünə təyin olunub.

Qeyd edək ki, istintaq materiallarında ASC-nin sahibi Tağı İbrahimov və inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən Toğrul Rzayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulduğu halda bu qaydaları ehtiyatsızlıqdan pozaraq 10 nəfərin ölümünə, 23 nəfərin isə xəsarət almasına səbəb olduqları bildirilib.


İttihama görə, onlar ASC-nin ərazisində olan əmlaklara və təbiətə maddi ziyan vurub, eləcə də Tağı İbrahimov külli miqdarda vergiləri ödəməkdən yayınıb.


Tağı İbrahimov Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə Toğrul Rzayevə isə həmin Məcəllənin 225.3-cü maddəsi ilə təqsirli bilinir.скачать dle 11.3
Mojo.az Banner