Mojo.az Banner
23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |     22:57 Daha bir canlı əfsanə futbola geri qayıtdı  |     22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |     22:39 Ən təhlükəli süni intellekt alətləri – BUNLAR RİSKLİDİR  |     22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |     22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Olimpiya çempionu olan Hidayət Heydərovun müəllimi DANIŞDI

31.07.2024 11:33 2 703
Olimpiya çempionu olan Hidayət Heydərovun müəllimi DANIŞDI
"Altı yaşında, 2003-cü ildə Hidayəti atası yanıma gətirmişdi. 21 ildir müəllimiyəm. Minlərlə tələbəm olub, amma ən uğurlu nəticəni Hidayət verdi. O, unikal idmançıdır".

Bunu "Qafqazinfo"ya açıqlamasında Olimpiya çempionu olan Hidayət Heydərovun müəllimi Tərlan Həsənov deyib.

Qocaman mütəxəssis tələbəsinin ən yüksək titulu qazanması ilə bağlı təəssüratlarını bölüşüb:

"Hidayət Heydərov dünən Azərbaycan xalqının başını Parisdə uca elədi. Bundan artıq müəllim üçün nə böyük hədiyyə ola bilər?

Bundan əvvəlki cüdo üzrə Olimpiya çempionlarımızın müəllimləri də mənim tələbələrim olublar. İki il bundan əvvəl mənə "Şöhrət" ordeni veriləndə, cənab nazirə dedim ki, Olimpiya çempionu verməsəm, dünyadan köçməyəcəyəm. Dünən gecə saat 3-də Hidayət mənə zəng etdi. Dedi ki, sizə verdiyim sözü tutdum. Bu, əsl xarakter göstəricisidir. Hidayət bu uğurla məni 21 il cavanlaşdırdı".

Qeyd edək ki, Tərlan Həsənov 1942-ci il noyabrın 26-da Qazax şəhərində anadan olub. Azərbaycanın ilk cüdo məşqçilərindən və hakimlərindən olan Tərlan müəllim 1980-ci ildə ümumittifaq dərəcəli hakim, 1989-cu ildə isə Əməkdar məşqçi adına layiq görülüb. O, 52 ildir tələbələrinə cüdonun sirlərini öyrədir.скачать dle 11.3
Mojo.az Banner