Mojo.az Banner
23:00 Yeməkdən sonra piyada gəzmək mütləqdir?  |     22:53 Bu 3 bürc üçün uğurlu dövr başlayır – Xoş xəbərlər gələcək  |     22:48 Azərbaycanda qadınlar kişiləri bu statistikada üstələyirlər  |     22:40 Taksi sürücüsünə qaz xətti çəkdirmək istədi, dələduzluğun qurbanı oldu  |     22:35 Qəbələdə məşhur otelin sahibi "Şaxta baba"nı döydüyü üçün cəzalandırıldı  |     22:28 İdmançı şou zamanı rinqdə 75 yaşlı hakimin ölümünə səbəb oldu  |     22:22 Oktyabrda belə dənizdə üzmək mümkün olan Avropa ölkəsi  |     22:15 Çuğundur şirəsi məşqi daha effektiv edə bilər: Onu nə vaxt içmək yaxşıdır?  |     22:09 Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR  |     22:01 Xalq şairinin adından saxta səhifə ilə uyğunsuz qruplara dəvətlər edilir  |     21:56 Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müşahidə olunur  |     21:50 Abşeronda 23 motoxuliqan saxlanıldı - VİDEO  |     21:42 Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək? (VİDEO)  |     21:37 Cənubi Koreya Kiyevdəki səfirini geri çağırır  |     21:30 Sumqayıtda ötən ay dənizdə batan 82 yaşlı kişinin meyiti tapıldı  |     21:24 Ermənistanda hərbi xidmətə çağırış yaşı artırıldı  |     21:15 Azərbaycanda yenidoğulan körpələrin sayı azalır - VİDEO  |     21:10 Bakıda bir manat 3 il həbsə səbəb oldu  |     21:03 100 milyon təklif olundu, qəbul etmədi  |     20:48 Bu gün yaralanan çobanın atası da minaya düşdü - YENİLƏNİB  |    
Mojo.az Avto
Mojo.az Avto

Rusiyalı həkim ən piyli orqan haqqında: "Yağ və şəkər yeməyənlər səhv edirlər"

23.07.2024 12:01 1 560
Rusiyalı həkim ən piyli orqan haqqında:
"Beyin insan bədənində ən piyli orqandır".

Bu barədə rusiyalı qeriatr, tibb elmləri doktoru, professor, ekspert Kirill Proşayev Gazeta.ru-ya maraqlı açıqlamalar verib.

"Həqiqətən, beynin təxminən 75%-ni su təşkil edir. Amma suyu istisna etməklə, quru maddə əsasında hesablasaq, o zaman beyinin 80%-nin yağ olduğu ortaya çıxır. Ona görə də yağları qida rasionundan çıxaran insanlar səhv hərəkət edirlər. Çünki yağ çatışmazlığı şəraitində beynin fəaliyyəti çətinləşir", - deyə həkim qeyd edib.

Onun sözlərinə görə, beyni qidalandırmaq üçün orqanizmə xüsusilə faydalı doymamış yağ turşuları daxil olmalıdır.

"Məsələn, bu turşular balıq (siyənək, qızılbalıq, skumbriya) və dəniz məhsullarında, bitki yağlarında (kətan, zeytun), qoz-fındıq (qoz, püstə, keşyu), paxlalı bitkilərdə (mərci, lobya) və bəzi digər məhsullarda mövcuddur", - deyə Proşayev əlavə edib.

Bundan başqa, mütəxəssisin fikrincə, beynin effektiv işləməsi üçün, həmçinin şəkərə də ehtiyac var. İstehlak etdiyimiz qlükozanın təxminən 25%-i beyinə bədəndə müxtəlif prosesləri işə salmaq üçün lazımdır.

"Şəkər beyin üçün enerjidir, ona görə də "şəkər - ağ ölümdür" ifadəsi tamamilə yanlışdır. Beynin qlükozaya ehtiyacı var. Amma bu, təbii, o demək deyil ki, biz şəkər yeməliyik. Tərkibində şəkər olan qidaları (banan, bal və s.) qida rasionunuza daxil etmək vacibdir, lakin normanı aşmamaq lazımdır. Fövqəladə hallarda, beyin həddindən artıq məlumat yükündən donduqda və hələ də işləməyə davam etmək məcburiyyətindəsinizsə, bir parça şokolad və ya dadlı konfet zərər verməyəcək, əksinə, kömək edəcək", - deyə həkim vurğulayıb.скачать dle 11.3
Mojo.az Banner