Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:41 Bakıda qadın kişiləri görüşə çağırıb şantaj etdi | 16:34 İranda spirtli içkilərdən zəhərlənənlərin sayı 241-ə çatdı | 16:28 Badamdarda sürüşmə zonasında evi olanlara kompensasiya hansı qayda ilə ödəniləcək? | 15:47 Pul aldığı şəxsdən oğurluq edib, borcunu qaytardı | 14:53 Prezident rektoru təltif etdi | 14:43 Tovuzda 28 yaşlı gənci qatar vurub öldürdü - Rəsmi açıqlama | 14:34 İlham Əliyev: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk" | 14:28 Əfqanıstan vətəndaşları İrandan Azərbaycana qanunsuz keçərkən saxlanıldılar | 14:27 İlham Əliyev Bayram Beqayı təbrik edib | 14:16 Bakıda çayxanada ata və oğlu bıçaqlandılar: Ölən var - Şübhəli saxlanıldı | 14:06 Avtoqəzaların daha çox baş verdiyi ərazilər süni intellektlə araşdırılır | 13:55 Bərdədə ər-arvad dəm qazından boğuldu: Qadın öldü, kişinin vəziyyəti ağırdır | 13:52 Uzun fasilədən sonra Günəşdə partlayış qeydə alındı | 13:45 Prezident: "Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" | 13:37 Prezidentdən Əli Əsədovla bağlı Sərəncam | 13:30 Sabah hava necə olacaq? - 29.11.2026 | 13:24 Səlim Müslümova ağır itki | 13:21 Yeniyetməyə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı | 13:17 Ağsuda ər və arvad qəzaya düşdülər: Ölən var | 13:13 Azərbaycan nefti ucuzlaşıb |
Mojo.az Avto
Mojo.az Avto

Həkim qanı qatılaşdıran, tromboz yaradan qidalar barədə xəbərdarlıq edib

18.11.2023 13:40 2 616
Həkim qanı qatılaşdıran, tromboz yaradan qidalar barədə xəbərdarlıq edib
“Qanın laxtalanması orqanizmə qan itkisinin qarşısını almaq üçün lazımdır. Ancaq qan həddindən artıq qatılaşarsa, damarlar zədələnməsə belə, qan laxtalanmağa başlayır”.

Bunu rusiyalı həkim-diyetoloq Mixail Ginzburq qanı qatılaşdıran və qan laxtalanmasına səbəb ola bilən içki və qidaları sadalayarkən bildirib.

Ginzburq qeyd edib ki, qanın laxtalanmasının qarşısını almaq üçün o, şirin qazlı içkilər, məsələn, turşu suyu kimi duzlu içkilər və alkoqol istehlakından çəkinməyi tövsiyə edib.

Diyetoloq, həmçinin xəbərdarlıq edib ki, həddindən artıq şirniyyat istehlakı da qanın qatılaşmasına səbəb ola bilər.

Onun sözlərinə görə, şəkər qlükoza səviyyəsinin artmasına və lipid birləşmələrinin yaranmasına səbəb olur.

“Bu, qan qatılığını artırır və tromboz riskini artırır”, - deyə Ginzburq vurğulayıb.

Bundan başqa, həkimin sözlərinə görə, paxlalılar və bəzi əlavə ət məhsulları (kəsilmiş heyvanın içalatı, başı, ayaqları və s.) istehlakından sonra da qan qatılaşa bilər.

Mütəxəssis izah edib ki, lobya və digər paxlalı bitkilərin tərkibində qanın qatılığını artıran bitki zülalı var. “Qida rasionunda qaraciyər, böyrəklər və ürək kimi ət məhsullarının tez-tez istifadəsi də qanı qatılaşdırır və tromboz riskini artırır”, - deyə həkim əlavə edib.

Mənbə: aif.ru

Son xəbərlər