Mojo.az Banner
12:29 Goranboyda 54 yaşlı qadın evində boğulub öldü  |     12:25 "Hacı Mazan"ın polkovnik oğlu işdən çıxarıldı  |     12:23 Qızılın qiyməti tarixi maksimumu yeniləyib  |     12:19 Hindistanda ən böyük dairəvi daş labirint tapıldı: 2000 il yaşı var  |     11:49 "Tesla" avtomobilləri 15-dən çox insanın ölümünə səbəb olub  |     11:46 Tərtərdə repetitorun əri hazırlığa gələn 13 yaşlı qıza əxlaqsız hərəkətlər edib: Ağır cəza verildi  |     11:44 Cəlilabadda sakinləri təngə gətirən PROBLEM (Video)  |     11:35 "Call of Duty"nin yaradıcısı Vins Zampella qəzada həlak oldu  |     11:29 AZAL-ın vitse-prezidenti: "Qazaxıstanın qəzaya uğrayan təyyarə ilə bağlı ilkin hesabatı tam deyil"  |     11:28 Daxili İşlər Nazirliyi pirotexniki vasitələrlə bağlı müraciət edib - Video  |     11:17 ABŞ pilotsuz təyyarələrin idxalını qadağan etdi  |     22:59 Daha bir futbolçu "Qarabağ"ı tərk edə bilər  |     22:51 Zelenski sülh prosesi haqqında: "Əsas sənədlər hazırdır"  |     22:44 Azərbaycana bal idxalı azalıb: Hansı ölkələrdən gətirilir?  |     22:36 Tapdığınız əşya nə zaman sizinki sayılır? - VİDEO  |     22:24 Harri Kasparov həbs oluna bilər  |     22:09 Gürcüstanın Baş naziri İrakli Kobaxidze Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb  |     22:01 Göyçayda yanğın olub - FOTO  |     21:53 2026-cı ilin qışı belə keçəcək - Bakıda dayanmadan qar, şaxta...  |     21:47 Azərbaycanda gənc hakim yol qəzasında həlak oldu - YENİLƏNİB - FOTO  |    
Left Banner
Right Banner

Mədəsində problem olanlara zərərli olan qidalar - SİYAHI

07.03.2025 12:27 576
Mədəsində problem olanlara zərərli olan qidalar - SİYAHI
Mədə yarası mədənin selikli qişasında defektin yaranması ilə müşayiət olunan xəstəlikdir və bu, orqanın iltihablanmasına, normal fəaliyyətinin pozulmasına səbəb olur. Onun inkişafına müxtəlif xarici və daxili faktorlar təsir göstərə bilər, bunlardan biri də qidalanmadır.

Median.Az-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı həkim-gastroenteroloq Oleq Baykov danışıb.

O, mədə iltihabını artıran və yaraların yaranmasına səbəb ola biləcək bəzi qidaları açıqlayıb.

Birinci qrup məhsullar - acılı və ədviyyatlı yeməklər

Həkimin dediyinə görə, acı ədviyyatlar (bibər, xardal, çili və s.) mədədəki turşuluğun artmasına səbəb ola bilər. Bu, turşu istehsalının çoxalmasına və selikli qişanın zədələnmə ehtimalının yüksəlməsinə səbəb olur. Ayrıca, acı qidalar sfinkterin düzgün fəaliyyətini pozaraq, qastroezofageal reflü xəstəliyinə yol açır ki, bu da mədə yarasının digər mühüm səbəbidir.

İkinci qrup məhsullar - yağlı və qızardılmış yeməklər

Yağlı yeməklər, xüsusilə qızardılmışlar, həzm sisteminə çox yüklənir. Bu cür qidalar mədənin boşalmasını yavaşladaraq, turşuluğun artmasına və sistemin daimi stress vəziyyətinə girməsinə səbəb olur. Bu vəziyyət selikli qişanın zədələnməsinə və mədə yarasının inkişafına gətirib çıxara bilər.

Üçüncü qrup məhsullar - qəhvə və yüksək miqdarda kofein tərkibli içkilər

Həkimin sözlərinə görə, qəhvə və digər kofeinli içkilər (məsələn, enerji içkiləri) mədədə turşu istehsalını stimullaşdırır. Bu bəzi hallarda faydalı ola bilər, amma mədə yarasına meyilli insanlar üçün ciddi risk faktorudur. Qəhvə həm də mədənin boşalmasını sürətləndirərək, onun divarlarına əlavə mexaniki təsir göstərir.

Dördüncü qrup - alkoqol

Alkoqol mədənin selikli qişası üçün ən tanınmış qıcıqlandırıcılardan biridir. O, mədə divarlarının qoruyucu təbəqələrini pozur, damarların keçiriciliyini artırır və iltihablanmanı gücləndirir. Alkoqolun davamlı və həddindən artıq istifadəsi mədə şirəsinin turşuluğunu artıraraq, eroziv qastrit və mədə yarasının yaranmasına səbəb olur.

Beşinci qrup məhsullar - yüksək turşuluqlu məhsullar

Bu qidalara sitrus meyvələri, pomidor, alma və sirkə aiddir. Bu məhsullar mədədə iltihabı gücləndirir. Yüksək turşuluq selikli qişanın zədələnməsini asanlaşdırır və bunun nəticəsində yaralar meydana çıxır. Xüsusilə acqarına turşu tərkibli məhsulların istehlakı təhlükəlidir.

Altıncı qrup - qazlı içkilər

Şirin qazlı içkilər, karbon-dioksid və şəkər tərkibi ilə həzm sisteminə əlavə yük yaradır. İçkilərdəki qaz mədədə qazın yaranmasına və orada təzyiqin artmasına səbəb olur. Şəkər və süni əlavələrin yüksək miqdarı isə mikroorqanizmlərin balansını pozaraq, iltihab proseslərinin inkişafına şərait yaradır.

Yeddinci qrup məhsullar - trans yağlarla zəngin məhsullar (məsələn, marqarin, fastfud).

Bu yağlar orqanizmdə iltihabı artırır və mədədəki hüceyrə membranlarının düzgün fəaliyyətini pozur. Trans yağlar həm də hüceyrələrin müdafiə mexanizmlərinin effektivliyini azaldır, bu da xroniki iltihabın inkişafına gətirib çıxara bilər.

Sonda, həkim balanslı qidalanmanı tövsiyə edərək, xüsusilə qastrit və mədə yarasına meyilli olan şəxslərin həddindən artıq yeməkdən çəkinmələrini məsləhət görüb.
//oxu.azскачать dle 11.3