Mojo.az Banner
22:48 Cabbar Musayev qərar imzaladı  |     22:41 Bayram öncəsi bazarlarda son qiymətlər - VİDEO  |     22:36 Hüccətülislam Tayebi Kanadaya qaçdı - GÖRÜNTÜ  |     22:28 Milyonluq tenderlər udan şirkət işçiləri müqaviləsiz işlədirmiş - 20 min cərimə  |     22:20 “Müctəba Xameneinin heç bir problemi yoxdur”  |     22:09 İran raketlərlə hücum etdi: azərbaycanlılar da yaralandı  |     22:03 Bu BÜRCLƏR xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır  |     21:40 Yarış atını kəsilib qovurma bişirdilər - İş adamı 132 min cərimə edildi  |     21:32 "Qarabağ" "Zirə"ni məğlub etdi  |     21:29 Bakıda məşhur mədəniyyət evi restoran kimi fəaliyyət göstərir? (VİDEO)  |     21:12 Müharibəni dayandırın!  |     21:05 Ramazanın 25-ci günündə imsak və iftar VAXTI  |     20:48 "Oleq Bakınski"nin ölkəyə giriş və yaşamaq icazəsi ləğv edildi - YENİ QƏRAR  |     20:42 Gəncədə evdən meyit tapıldı  |     20:34 Tramp: İran təslim olacaq  |     20:26 Mələkxanım Əyubovadan qızı ilə bağlı paylaşım  |     20:14 Hakan Fidan: İran Türkiyəyə raket atılması ilə bağlı iddiaları təkzib edir  |     20:08 Neftçalada 38 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb  |     19:56 Martın 15-16-sı ilə bağlı XƏBƏRDARLIQ  |     19:51 İsrailə raket hücumları başladı  |    
Left Banner
Right Banner

Bakı-Quba yolunun ödənişli hissəsində xüsusi çip yerləşdirilmiş kartlardan istifadəyə başlanılır

17.07.2024 17:52 726
Bakı-Quba yolunun ödənişli hissəsində xüsusi çip yerləşdirilmiş kartlardan istifadəyə başlanılır
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunda sürətli keçid zolağı sürücülərə ödəniş məntəqələrində sürəti endirmədən və dayanmadan keçməyə imkan verir. Bunun üçün sürücüdə öncədən əldə edilən TEQ (xüsusi çipli kart) və yetərli ödəniş balansının olması kifayətdir. Dayanmadan keçidi təmin edən zolaqlarda ən son texnoloji standartlara uyğun xüsusi nömrəoxuma kameraları, təhlükəsizlik kameraları, avtomobilləri klassifikasiya etməyə imkan verən avadanlıqlar və digər innovativ texnoloji avadanlıqlar quraşdırılıb.

Bu barədə AZƏRTAC-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Analitik İnformasiya Mərkəzinin İnformasiya Texnologiyaları üzrə şöbə rəisi Rizvan Mansurov bildirib.

Onun sözlərinə görə, dayanmadan keçid zolaqları ödənişli yolun yalnız başlanğıc və son nöqtəsində, yəni Yaşma və Xaçmaz (SDK) məntəqələrində mövcuddur.

"Yolun Giləzi, Siyəzən, Gəndov və Xaçmaz yaşayış məntəqələrinə birləşən yolların girişində inşa edilmiş məntəqələrdə isə yalnız hibrid keçid zolaqları qurulub ki, bu keçid formasından istifadə üçün qeyd edilən satış nöqtələrindən TEQ əldə etmək lazımdır. Yaxın gələcəkdə "MilliÖn" ödəniş terminallarından ödəniş forması da əlçatan olacaq. Qeyd edilən ödəniş üçün keçid məntəqələri "MilliÖn" terminalları ilə təchiz edilib. Eyni zamanda, bəhs olunan ödəniş forması həm yerli, həm də əcnəbi vətəndaşların istifadəsi üçün əlçatandır", - deyə şöbə rəisi vurğulayıb.

Rizvan Mansurov bildirib ki, ödənişli yoldan istifadə tarifləri yeni müəyyən olunduğu üçün həmin tariflərin ödəniş sistemində inteqrasiyası həyata keçirilir:

"Hazırda yoldan istifadə üçün keçid məntəqələrinə yaxınlaşaraq nağdsız şəkildə (yalnız bank kartları ilə) ödəniş edərək yoldan istifadə etmək mümkündür. İnteqrasiya yekunlaşdıqdan sonra ödəniş sisteminin proqram təminatı test ediləcək. Sınaqlar başa çatdıqdan sonra yol ümumi istifadəyə veriləcək. Qeyd olunan işlərin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulur. Gediş üçün ödənişin məbləği nəqliyyat vasitəsinin qət etdiyi məsafə, çəkisi, eyni zamanda avtomobil yolunun dərəcəsi nəzərə alınmaqla müəyyənləşdirilib. Bütün məntəqələrdə qabaqcıl texnoloji qurğular və təhlükəsizliyi təmin etmək üçün xüsusi nəzarət kameraları quraşdırılıb. Həmçinin, çəkiyə nəzarət və yolun dayanıqlılığını təmin etmək məqsədilə elektron tərəzi sistemi də mövcuddur".

Rizvan Mansurovun sözlərinə görə, müasir avadanlıqlarla təchiz olunmuş ödənişli yol sistemi, istifadəçilərin rahatlıq, güvənlilik və vaxta qənaət baxımından üstünlüyü ilə seçilən bir yol sistemidir.

"TEQ balansının artırılması üçün ödənişlər nağdsız formada yola aid www.tollroad.az saytı və ya TEQ satış nöqtələrində (Bakı, Sumqayıt 2 saylı, Quba "ASAN xidmət" mərkəzləri, Bakı-Quba Rusiya magistralında 45-ci km, SDK keçid məntəqəsi) həyata keçirilə bilər. Eyni zamanda, yeniliklər barədə ödənişli yolun rəsmi saytı olan www.tollroad.az-a daxil olaraq daha ətraflı məlumat almaq olar", - deyə Rizvan Mansurov söyləyib.

Ödənişli yolda artıq vətəndaşlara xidmət üçün evakuator xidməti də fəaliyyət göstərir.скачать dle 11.3
Mojo.az Banner